“Bir çox dövlətlər öz müstəqilliklərini itirəcək, amma Azərbaycan…”

8-04-2020, 10:50 44 dəfə baxılıb

“Bir çox dövlətlər öz müstəqilliklərini itirəcək, amma Azərbaycan…”

Pandemiya adlanan dönəmdə insanlarımızın, xüsusilə, keçmişdə müxtəlif postlarda, siyasi proseslərin içərisində olmuş vəzifə sahiblərinin sıxıcı karantin günlərini necə keçirdiyi, hazırkı durum barədə nələri düşünməsi maraqlıdır.

Moderator.az əməkdaşı bu dəfə 1988-1993-cü illərdə Azərbaycan parlamentində spiker müşaviri kimi çalışmış Cahangir Nəcəfovun sözügedən mövzuda fikirlərini öyrənib.

“Hazırda bağ evindəyəm, xanımım, nəvələrim, qardaşım da yanımdadır. Şükür Allaha, dolanırıq, günümüzü keçiririk… Avtonom yemək-içmək, müalicə… Sanki sualtı qayıqdayıq… Çalışıram ki, darıxmayım. Ya internet, ya kitablar vasitəsilə mütaliə edirəm… Qohumlarla, dostlarla telefon vasitəsilə ünsiyyət saxlayıram…”- C.Nəcəfov belə deyib.

“Sizcə bu koronavirus bəlası səngiyəndən sonra dünya necə dəyişəcək?”- sualını isə sabiq spiker müşaviri qısa cavablandırıb:

“Öncə dediyim kimi, sanki sualtı qayıqdayıq, fəqət, suyun üzünə çıxanda nə görəcəyimizi, hansı dəyişikliklərlə qarşılaşacağımızı, “quru”ya qayıdanda başımıza nələrin gələcəyini bilmirik… Lakin, çox güman ki, pandemiya deyilən bu dövr başa çatandan sonra planetdə çox şey dəyişəcək. İlk növbədə BMT-nin strukturu, onun Təhlükəsizlik Şurasının strukturu dəyişəcək… Və bir çox dövlətlər faktiki öz müstəqilliklərini itirəcək… Amma inanaq ki, Azərbaycan dövlət rəhbərliyinin, xalqımızın dəyanəti sayəsində bu imtahandan uğurla çıxacaq, inşallah…”


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR