Azərbaycan Ordusu Qarsda: İrəvan narahatdır? - Slutski

21-01-2021, 11:34 277 dəfə baxılıb

Qarsda Türkiyə-Azərbaycan təlimlərinin Ermənistan və ya Rusiya üçün təhlükəsi yoxdur.

Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski deyib.

"Bizə qaranlıq otaqda qara pişik axtarmaq lazım deyil, xüsusilə o, orda yoxdursa. Türkiyə və Azərbaycan hərbi sahədə çoxdan çoxplanlı əməkdaşlıq edir. Bu təlimlər ilk dəfə deyil”, - Slutski bildirib.

Slutski Ermənistanın gələcək birgə fəaliyyət üçün hədəf hesab edilməsini də səhv hesab edib:

"Bu, qismən Qərbdən qaynaqlanan bir mövqedir. Ermənistanın geosiyasi rəqiblərinin qırmızı xətləri keçməsinə qədər burada ciddi bir təhdid görmürəm. Ancaq bu, görünmür. Rusiya region liderləri ilə davamlı təmasda olaraq vəziyyəti daim nəzarət altında saxlayacaq”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR