Paytaxtda ağır qəza: 1 ölü, 4 yaralı

9-05-2016, 11:32 547 dəfə baxılıb

Paytaxtda ağır qəza: 1 ölü, 4 yaralı















Yaralılara ilkin yardım göstərilib, hazırda vəziyyətləri qənaətbəxşdir

Bakıda 1 nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə Maştağa kəndində qeydə alınıb. Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, 10 PT 121 dövlət nömrə nişanlı “Daewoo” markalı maşınla 10 UO 299 nömrəli “VAZ 2107” toqquşub.

Qəza zamanı Mirzəyev Ağamehdi Mirbala oğlu hadisə yerində ölüb. Mirsaleh İsmayılov, İbrahim Süleymanov, Əlisəttar Mirzəyev və Rafiq Süleymanov isə ağır bədən xəsarətləri ilə 3 Saylı şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan verilən məlumata görə, yaralılara ilkin yardım göstərilib, hazırda vəziyyətləri qənaətbəxşdir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR