"Doğrudanmı xarici siyasət idarəmizə neçə illər bu adam rəhbərlik edib?"

6-10-2018, 18:47 474 dəfə baxılıb

"Doğrudanmı xarici siyasət idarəmizə neçə illər bu adam rəhbərlik edib?"


"Lider" televiziyasında Dağlıq Qarabağ və son günlər Ermənistanda baş verən hadisələr, xüsusi ilə baş nazir N. Paşinyanın gələcək taleyi müzakirə edilirdi. Səbrimi qısıb əvvəldən axıra kimi dinlədim. Maraqlı fikirləri ilə diqqət cəlb edən ekspert rəylərindən çıxardığım ümumi nəticə belə oldu ki, problemin tezliklə həlli məsələsində yol hələ tam qət edilməyib. Lakin təxmini olsa da məsafənin nə zamanadək tam fəth ediləcəyi barədə müəyyən bir proqnozun səsləndirilməsini də eşidə bilmədik.

Teledebatda keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov da iştirak edirdi. Onun haqqında ilk müsbət sözü rəhmətlik Fərəməz Maqsudovdan eşitmişdim. İndiyəcən həmin təsəvvürlə də Tofiq
Zülfüqarovun yaxşı diplomat oldugunu qəbul edirdim. Etiraf edim ki, onu çox da dinləməmişdim. Teledebatına isə ümumiyyətlə, rast gəlməmişdim. Axşam baxdım ona, doğrusu gözlərimə və qulaqlarıma inanmadım. Doğrudanmı, xarici siyasət idarəmizə neçə illər bu adam rəhbərlik edib? Özümə rəva görməzdim belə bir mövzuya toxunum. Beşi başa düşərsə, ikisi də qınayar məni. Məcbur qaldım. Azərbaycan dilində belə normal danışa bilmir. İrəli sürdüyü bəsit fikirlər studiyanın özündə gülüşlə qarşılanırdı. Hiss olunurdu ki, Cənubi Qafqazda Rusiyanın və Qərbin maraqları, hazırda Ermənistanın daxilində gedən proseslər barədə mükəmməl bilgilərə malik deyil. Bəlkə doğru yanaşmıram, ola bilsin. Bəzilərində olduğu kimi, yəqin T. Zülfüqarov da fikirlərini rus dilində daha sərbəst, daha anlaşıqlı şəkildə çatdıra bilir. Bunu hardasa başa düşmək olar. Əgər həqiqətən başqa cürdürsə, çox təəssüf!


ELDAR SABİROĞLU


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR