“Qarabağ cəbhəsində Sərkisyan-Koçaryan qüvvələri təxribatları dərinləşdirəcək”

19-10-2018, 14:24 519 dəfə baxılıb

“Qarabağ cəbhəsində Sərkisyan-Koçaryan qüvvələri təxribatları dərinləşdirəcək”


“Erməni mediasında Paşinyan əleydarları güclü bir şəkildə Qarabağda savaşın başlayacağını irəli sürürlər və bunu yenidən seçki mübarizəsinin tərkib elementinə çevirməyi arzulayırlar”.

Bunu Moderator.az -a açıqlamasında millət vəkili Zahid Oruc bildirib.

Onun sözlərinə görə, Ermənistan daxilindəki siyasi qarşıdurma yaxın gələcəkdə Qarabağ cəbhəsində yeni təxribatların meydana çıxması ilə nəticələnə bilər:

“Koçaryan-Sərkisyan rejiminin əlaltıları polis orqanlarında və hərbi strukturlarda öz toxunulmazlıqlarını geniş şəkildə təmin etməkdədirlər. Inqilabi hakimiyyət yalnız hökumət çevrəsində xüsusi dəyişikliklərə nail olub. Baş verənlər bütün struktur və həlqələr üzrə, xüsusilə də I Qarabağ savaşından sonra hərbi vəzifələrə daraşmış yüksək rütbəli zabitlərin hamısının neytrallaşdırılması anlamına gəlmir. Inqilab gəlib bura çatmayıb. Paşinyan yaxşı bilir ki, parlament uğrunda mübarizəni qazanan kimi mütləq Bako Saakyan rejimini də dəyşdirməli, Qarabağda özünə sərf edən hakimiyyət qurmalıdır. Bundan sonra da səhra komandirlərinə də “əl gəzdirməldir”. Əks halda, o, həmişə Qarabağdakı şəraitdən asılı olacaq.
Görəcəksiniz, maksimum 3-4 aydan sonra bu eyforiya çəkildikcə, Qarabağ cəbhəsində Sərkisyan-Koçaryan qüvvələri təxribatları dərinləşdirəcəklər. Bu isə ordu ilə siyasi hakimiyyət arasında konfrantasiyaya səbəb olacaq”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR