"Hakimiyyətin yerinə olsaydım, bunların hamısını onlardan tələb edərdim..."

4-03-2019, 15:01 321 dəfə baxılıb

"Hakimiyyətin yerinə olsaydım, bunların hamısını onlardan tələb edərdim..."

Azərbaycandan kənarda yaşayan görkəmli bəstəkarımız, xalq artisti Cavanşir Quliyev Moderator.az-a açıqlamasında prezident İlham Əliyevin bir qrup mədəniyyət və incəsənət xadimi ilə görüşündə qaldırılan problemləri şərh edib:

"Ölkə başçısının mədəniyyət xadimləri ilə görüşünü biləndə düşündüm ki, niyə birdən-birə prezident İlham Əliyev belə bir görüş keçirib. Əvvəllər belə görüşlər olmazdı. Ağlıma o gəldi ki, sonuncu dəfə qələbəlik mitinqdən sonra hakimiyyət nümayəndələri müxtəlif yerlərə gedib xalqla görüşməyə başladılar. Bəzi sahələrdə də nələrsə etməyə çalışdılar və bəlkə də bu da o sıradandır. Amma yenə də düşünürdüm ki, ölkə başçısı mədəniyyət işçiləri ilə niyə görüş keçirsin ki, zatən onlarla tez-tez tədbirlərdə görüşür. Yaradıcı ittifaqların rəhbərləriylə isə müntəzəm şəkildə görüşürlər. Deməli, ölkə başçısının mədəniyyət işçiləri ilə belə bir görüşünə ehtiyac olub ki, onlarla görüşüb.

Bu görüşü izləyəndən sonra gördüm ki, zənnim məni aldatdı. Həmişəki kimi xahişlər, hakimiyyətdən nəsə istəmələr, maaşlar, heykəllər və s. Bunu adi günlərdə də istəyə bilərlər və həll oluna bilər. Belə toplantılar başqa ölkələrdə önəmli mövzulara həsr olunur və bizdə də buna həsr olunmalıdır, amma təəssüf ki, bu olmadı. Bu toplantının bizim mədəniyyət tariximizdə önəmli bir yeri olmayacaq, çünki heç bir ciddi mövzu qaldırılmadı, sənətkarlar tərəfindən də ciddi məsələlərə toxunulmadı. İctimai siyasi vəziyyətlə bağlı məsələlər də qaldırılmadı, onsuz da onlardan elə bir cəsarət gözləmirdim ki, belə problemləri qaldırsınlar. Mədəniyyətlə, sənətlə bağlı gözləyirdim ki, fundamental məsələlər həll olunsun, amma bunun əksinə, xahişlər və istəklər oldu. Mən isə İlham Əliyevin yerinə olsaydım, bu cür cavab verərdim. Siz məndə nə istədinizsə, fəxri ad, orden, maaş, pensiyalar və s. verdim. Bəs siz niyə cəmiyyətə keyfiyyətli bədii əsərlər vermirsiniz? Cəmiyyət sizdən narazıdır. Nə keyfiyyətli tamaşa, nə də film var. Hadisəyə çevrilən heç bir bədii əsər yoxdur ki, millətin marağına, sevgisinə çevirilsin. Mən hakimiyyətin yerinə olsaydım, bunların hamısını tələb edərdim. Sadəcə bir-birilərini tərifləyib arada da bir-iki şey istədilər. Mənim üçün isə o qədər də maraqlı görüş olmadı.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR