"O, Azərbaycan dövlətinə qarşı etdiyi xəyanətə görə layiqli cəzasını alacaq" - deputat

5-03-2019, 20:49 360 dəfə baxılıb

"O, Azərbaycan dövlətinə qarşı etdiyi xəyanətə görə layiqli cəzasını alacaq" - deputat

Milli Məclisin plenar iclasında çıxış edən deputat Qüdrət Həsənquliyev Rusiyada saxlanılan, Azərbaycana xəyanət edən Fəxrəddin Abbasovun bu günlərdə həbs ediməsindən danışdı: “Mən onun həbs olunmasında xidmətləri olan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarına öz dərin minnətdarlığımı bildirirəm. Amma xalqımız da istərdi ki, onun qolu qandallı və boynu əyilmiş şəkildə həbsxanaya aparılmasını görsün. Təəssüf ki, hələlik bu kadrlar ictimaiyyət üçün açılmayıb. Amma əminəm ki, o, Azərbaycan dövlətinə qarşı etdiyi xəyanətə görə layiqli cəzasını alacaq və bu, başqaları üçün dərs olacaq. Eyni zamanda son vaxtlar DTX tərəfindən Azərbaycan dövləti əleyhinə işləyən casus şəbəkəsi ifşa olundu, çoxlu sayda həbslər həyata keçirildi. Amma yenə də çox təəssüf ki, həmin cəsusluğa cəlb olunmuş şəxslərin hansı dövlətlərə işləməsi barədə ictimaiyyətə açıqlama verilmədi. Əlbəttə, məntiq onu deyir ki, Azərbaycan hökuməti qonşu dövlətlərlə münasibətlərin korlanmaması üçün bu adları açıqlamır. Amma dünya təcrübəsi göstərir ki, belə casuslar ifşa olunanda onların hansı dövlətə cəsusluq etdiyi barədə ictimaiyyətə məlumat verilir. Ki, həmin ölkənin vətəndaşları daha ehtiyatlı olsunlar, istər biznes münasibətləri quranda, istər şəxsi əlaqələr yaradanda”.

Q.Həsənquliyev jurnalistlər Mətin Yaşaroğlu və Fuad Abbasovun ermənilər tərəfindən təzyiqlərə məruz qaldığını da bildirdi və həmkarı Fazil Mustafanın fikirlərini dəstəklədi: “Onlar təkcə ermənilər tərəfindən yox, ermənilərin Rusiyadakı havadarları tərəfindən təzyiqlərə məruz qalıb. Əlbəttə, bu, bizim tərəfimizdən qətiyyətlə pislənilməlidir”. Deputat eyni zamanda Siyavuş Novruzovun da fikirlərini dəstəklədi: “Ombudsman xarici ölkələrdəki söyüş söyənlərlə bağlı həmin ölkələrin ombudsmanlarına müraciət edə bilər.Heç bir namuslu kişi söyüş söyməz. Çünki bilir ki, söyüşün on qat artığı ona qaytarılır. Belələri çox təəssüf ki, ləyaqətlərini satdıqları üçün başqa yolları yoxdur, belə əxlaqsız və ləyaqətsiz işlə məşğul olurlar”.

Q.Həsənquliyev digər məsələyə də münasibət bildirdi: “Hər il Ombudsman hesabat verəndə insan hüquq və azadlıqlarının qorunması istiqamətində çoxsaylı təkliflər irəli sürülür. Mən bizə təqdim olunan hesabata baxdım, təqribən 63 təklif irəli sürülüb. Çox istərdim, Ombudsman Aparatı hər il bizə hesabatda məlumat versin k, onların irəli sürdüyü təkliflərdən neçəsi nəzərə alınıb, icra olunub. Yaxud icra olunmayıbsa, hansı səbəbdən icra olunmayıb?”


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR