Vəkilliyə qəbulla bağlı test imtahanı keçiriləcək

16-07-2019, 15:10 176 dəfə baxılıb

Vəkilliyə qəbulla bağlı test imtahanı keçiriləcək


Vəkillər Kollegiyası üzvlüyünə qəbul olmaq istəyən şəxslərin nəzərinə!

Məlum olduğu kimi, Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsində iştirak üçün sənəd qəbulu davam etməkdədir. İmtahanda iştirak üçün 300-dən çox namizədin sənədinin qəbul olunduğunu və yerlərin məhdud olması ilə əlaqədar hər imtahanda 250 namizədin iştirak edəcəyini nəzərə alaraq, sentyabr ayında ardıcıl imtahanların keçirilməsi nəzərdə tutulmuşdur.

Qeyd olunmalıdır ki, vəkilliyə qəbulla bağlı hüquqşünas ixtisası üzrə tələb olunan 3 il iş stajının tamamlanmasına 3 ay qalmış şəxslər Sənəd Qəbulu Komissiyasına müraciət edə bilərlər.

Sənəd qəbulu üçün elektron qaydada müraciət etmək istəyən şəxslər http://www.barassociation.az/recruitment keçidində göstərilən ankent-formanı doldurmalı, http://www.barassociation.az/other keçidində yerləşdirilmiş bank rekvizitləri vasitəsilə ödəniş etməli, anket-forma və ödəniş qəbzinin skan surətini orkhan.babayev@barassociation.az elektron poçt ünvanına göndərməlidirlər.

Əlavə məlumat üçün +99412 594 14 95 telefon nömrəsilə əlaqə saxlaya bilərsiniz.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR