Bakı buzlu, rayonlar qarlı olacaq - SABAHIN HAVA PROQNOZU

9-02-2020, 19:44 224 dəfə baxılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti fevralın 10-da gözlənilən hava şəraiti haqqında məlumat yayıb.

Bakı buzlu, rayonlar qarlı olacaq - SABAHIN HAVA PROQNOZU
Bakıda və Abşeron yarımadasında

Fasilələrlə qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1-4° şaxta, gündüz 1-3° isti olacaq.
Bakıda gecə 2-4° şaxta, gündüz 1-3° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 75-85% olacaq.
Yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında

Arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 1-6° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 3-8° şaxta olacaq. Yolların buz bağlama ehtimalı var.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR