MSK-nın siyahısında Razi Nurullayevin adı çıxmadı

10-02-2020, 14:55 95 dəfə baxılıb

MSK-nın siyahısında Razi Nurullayevin adı çıxmadı

Parlament seçkilərindən sonra açıqlanan exit-poll nəticələri ilə Mərkəzi Seçki Komissiyasının verdiyi statistikada üst-üstə düşməyən bir dairə müəyyən olunub.

Unikal.org xəbər verir ki, ötən gün “Opinion Way” təşkilatının açıqladığı məlumata görə, exit-poll nəticəsində 79 saylı İmişli Seçki Dairəsində Razi Nurullayev 49 faiz səslə öndə idi. Lakin bu gün səhər saat 07-də MSK-nın açıqladığı liderlər siyahısında R.Nurullayevin adı çıxmayıb. MSK-nın ilkin nəticələrinə görə, bu dairədə “Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev 23,7 faiz səslə liderdir.

Qeyd edək ki, Murad Fərzəliyev 2 411, Razi Nurullayev isə 1 382 səs toplayıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR