Buraxılış imtahanlarında iştirak etməyənlər üçün sentyabrda yenidən imtahanlar təşkil olunacaq - DİM

5-06-2020, 14:53 38 dəfə baxılıb

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 10 və 11 iyun 2020-ci il tarixlərindən etibarən hər həftəiçi ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsində təhsilalanlar üçün buraxılış imtahanları keçiriləcək.

DİM-dən APA-ya verilən məlumata görə, Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə razılığına əsasən, ictimai sağlamlığın qorunması ilə bağlı həyata keçirilən tədbirlərə uyğun olaraq 9 illik və 11 illik orta təhsil bazasında kolleclərə, eləcə də ali təhsil müəssisələrinə sənəd verməyən şagirdlər buraxılış imtahanlarında iştirak etməyə bilərlər.

Bu imtahanlarda iştirak etməyən 9 və 11-ci sinif məzunları üçün əlavə qeydiyyat tələb olunmadan sentyabr ayında yenidən buraxılış imtahanları təşkil olunacaq və həmin şəxslərin yekun qiymətləndirilməsi aparılaraq onlara attestat veriləcək, 9-cu sinif şagirdləri isə istəkləri olduğu təqdirdə 10-cu sinfə keçiriləcək.

Lakin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən abituriyentlər şəhər və rayonların qrafikinə uyğun keçiriləcək imtahanlarda iştirak etməlidirlər.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR