Təhsil Nazirliyi: Məktəblərdəki vakansiyaların gizlədilməsi halları var idi

16-06-2020, 11:04 193 dəfə baxılıb

Məktəblərdəki vakant yerlərin toplanılması zamanı aparılan araşdırma zamanı məlum oldu ki, müəyyən yerlərin gizlədilməsi halları var idi.

Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

O deyib ki, bu fakt məlum olduqdan sonra mümkün olan yerlər müəllimlərin yerdəyişməsi müsabiqəsinə çıxarılıb. Qalan yerlər isə müəllimlərin işə qəbulu müsabiqəsinə çıxarılacaq.

Xatırladaq ki, 2020-2021-ci tədris ili üçün müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə 7 539 vakant yer çıxarılacaq. Vakant yerlərin 6 680-i tədrisi Azərbaycan dilində aparılan bölmə üzrədir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR