Azərbaycanda yenə də çölə çıxmaq qadağan ediləcək?

2-07-2020, 00:00 414 dəfə baxılıb

Xəbər verdiyimiz kimi Operativ Qərargahın keçirdiyi brifinqdə sərt karantin rejiminin daha 2 həftə uzadılacağı bildirilib. Sərt karantin rejimi tədbiq edilsə də gündəlik yoluxmaların sayı 500-dən çox olur. İyulun 5-dən 19-na kimi karantin rejim yenidən sərtləşdirilərək insanların çölə çıxmasına qadağa qoyula bilərmi?

Pravda.az-ın xəbərinə görə, bununla bağlı danışan deputat Cavid Osmanov bildirib ki, Azərbaycan dövləti pandemiya dövründə başqa ölkələrdən fərqli olaraq vətəndaşına fərqli yanaşdı:

"Dövlətimiz tərəfindən vətəndaşların sağlamlığının qorunması istiqamətində bütün addımlar operativ şəkildə atıldı. Ondan sonra iqtisadiyyatın davamlığı və digər məsələlərin həlli ilə bağlı Azərbaycan dövləti öz gücünü istiqamətləndirdi. Digər dövlətlərdə də ikinci dəfə sərt karantin rejimi tədbiq edildi. Sərt karantin rejimi tədbiq ediləndən dərhal sonra virusa yoluxanların sayında azalma görmədik. Çünki sərt karantin rejimi bir müddət son öz effektivliyini verir. Karantin rejiminin effektivliyini bilmək üçün ilk öncə insanlarımızın bir-biri ilə təması minumuma endirilməlidir. Hazırda tədbiq edilən qaydalar az müsbət təsir edərsə və yoluxma bu dinamika ilə gedərsə təbii ki, Operativ Qərargah daha da sərtləşmələrə gedə bilər. Hansı ki, 2 həftə 2 gün insanların çölə çıxması qadağa qoyulmuşdu. Əlbəttə istənilən nəticə əldə edilməsə o qaydalara keçə bilər. 27 aprelə kimi bilirsiniz ki, sərt karantin rejimi tədbiq edilmişdi. Yəqin ki, Operativ Qərargah vəziyyətə, virusun yoluxma coğrafiyasına, dinamikasına baxaraq Dünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun qərarlarını verəcək. Təbii ki, bu qərar sərtləşmə və ya yumşalma ola bilər. Ona görə də tələsmək lazım deyil. Sərt karantin rejimi tədbiq edildiyi zaman ilk günlərdə yoluxma 600-ə yaxınlaşmışdı. Son günlər amma statistika 520-550 arası idi. Təəssüf ki, dünən yoluxma bir qədər artaraq 556 oldu. Məncə bir neçə gün səbir etmək lazımdır. Düşünürəm ki, mövcud vəziyyətə uyğun olaraq Operativ Qərargah ən düzgün qərarı verəcək".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR