Azərbaycan və Türkiyə ordularını birləşdirir - Düşmənlərə GÖZDAĞI

3-08-2020, 14:04 488 dəfə baxılıb

“TurAz Qartalı” və qurudakı hərbi təlimləri ilə düşmənlərinə mesaj verən Azərbaycan və Türkiyə güc nümayişlərini Şərqi Aralıq dənizinə daşıyacaq.

Azərbaycan Türkiyənin liderliyi ilə icra olunan Aralıq dənizi Qalxanı Hərəkatına qatılmağa hazırlaşır.

Xəzər dənizində ən güclü donanmalardan birinə sahib olan və Türkiyənin dənizlərdəki təlimlərinə yüksək səviyyədə qatılan Azərbaycan Ordusu Aralıq dənizində ticarət və energrtika təhlükəsizliyinin təmin olunması istiqamətində qardaş ölkə ilə əməkdaşlıq edəcək.

Türkiyənin 2006-cı ildən bəri icra etdiyi Aralıq dənizi Qalxanı Hərəkatına yaxın zamanda Qazaxıstan və Türkmənistanın da daxil olacağı gözlənilir. Bundan başqa, Türkiyənin milli təşəbbüsünə Liviya, Tunis, Livan, Əlcəzair, Gürcüstan və Albaniyanın da qatılması planlaşdırılır.

Azərbaycanın kəşfiyyat əməkdaşlığı və donanmanın digər ünsürləri ilə təlimlərə genişmiqyaslı fayda təmin edəcəyi bildirilir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR