"Bu şəxslərə cinayət işi açılsın" - TƏLƏB

22-10-2020, 14:28 85 dəfə baxılıb

"Azərbaycanın Baş Prokurorluğu tərəfindən 1-ci və 2-ci Qarabağ müharibəsində Azərbaycana qarşı dövləti və hərbi cinayət törətmiş erməni əsilli bütün Azərbaycan vətəndaşlarına, başda Köçəryan, Sarkisyan, Ohanyan, Harutyunyan və minlərlə başqaları olmaqla cinayət işləri açılmalıdır".

Cebhe.info xəbər verir ki, bunu millət vəkili Əziz Ələkbərli deyib.

Millət vəkili qeyd edib ki, sözügedən cinayətkarlar xalq qarşısında ən sərt şəkildə mühakimə olunmalıdırlar:

"Müharibədən sonra onların açıq məhkəməsi olmalı və onlar törətdikləri və səbəb olduqları cinayətlərə görə xalq qarşısında ən sərt şəkildə mühakimə olunmalıdırlar. Bu prosesə indidən başlamaq lazımdır ki, hələ də əlində silah Azərbaycan dövlətinə və Azərbaycan xalqına qarşı döyüşənlər onları sabah hansı taleyin gözlədiyini anlasınlar".


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR