2-ci Qarabağ savaşı 4150 ailəni dövlətə əmanət qoydu - TƏHLİL

14-01-2021, 10:46 237 dəfə baxılıb

2-ci Qarabağ savaşı 4150 ailəni dövlətə əmanət qoydu - TƏHLİL

Şəhid və qazi ailələrinin sosial təminatı yaxın dövr üçün ən aktual problemlərdən biri olaraq qalacaq. Bu da təbiidir. Vətən uğrundan canından və sağlamlığından keçən şəxslərin ailələləri hərtərəfli dövlətin himayəsində olmalıdır və bütün dünyada bu belədir.

Dövlət qurumlarının ilkin davranışları pozitivdir. İlkin mərhələdə prezident İlham Əliyevin şəhid ailələri və müharibə əlilləri üçün təqaüdlərin məbləğini ciddi şəkildə artırması təqdirəlayiqdir və 4150 ailəni əhatə edir.

Müdafiə Nazirliyinin son məlumatına görə, 2841 nəfər şəhid olub 1245 nəfər yaralanıb və hazırda müalicə alır, 64 nəfər isə itkin düşüb. Təbii ki, bu ailələrinin hər birinin sosial müdafiəsi dövlətin nəzarətində olmalıdır. Bu baxımdan məcburi köçkünlər üçün tikilən evlərin şəhid və qazi ailələrinə verilməsi çox düzgün qərardır.

Başqa addımlar da təqdirəlayiqdir. Məsələn, prezidentin fərmanı ilə Vətən Müharibəsi Qəhrəmanlarına 2000 manat məbləğində prezidentin aylıq təqaüdü təsis olunması çox yaxşıdır. Bu məbləğ qəhrəman ailəsinin orta təminatının təmin olunması deməkdir. Eyni zamanda müharibə , 20 yanvar iştirakçılarının, eləcə də, Çernobl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərin təqaüdlərinin orta hesabla 50 faiz artırılıb - I dərəcəli əlillərin təqaüdü - 250 manatdan 400 manata, II dərəcə üçün 230 manatdan 350 manata, III dərəcə üçün - 210 manatdan 300 manata çatdırılıb. Bununla yanaşı, bu qruplar təqaüdlə yanaşı pensiya da alırlar. Btün bunlar müharibədə sağlamlığını itirmiş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılmasını göstərir.

Bu arada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşlarının, rəhbər vəzifələrdə işləyənlərin şəhid ailələrinin, yaralanmış qazilərin evlərinə gedərək görüşmələri, onlara bu qədər yaxın olmaları dövlət qulluğu sferasında əhaliyə münasibətdə müsbət mənada çox ciddi bir keyfiyyət dəyişikliyindən xəbər verir. Yəni artıq məmurların qapısına getmirlər, məmurlar özləri vətəndaşların, həssas qrupların qapısını döyür, dərdlərini dinləyir, öz köməkliklərini göstərir. Bu praktikanı geniş yaymaq lazımdır.

Təbii ki, şəhid və qazi ailələrinin problemi çoxdur. Bu problemlərin həllinə başqa dövlət qurumları (ilk növbədə səhiyyə nazirliyi və rayon icra hakimiyyətləri) da cəlb olunmalıdır. Hər bir şəhid və yazi ailəsinin problemi fərdidir və fərdi yanaşa yolu ilə də məsələ həllini tapmalıdır.

Qadir İBRAHİMLİ //istiqlal.az//


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR