Xankəndinin girişində Rusiya bayrağı və erməni əskisi yan-yana… - SUSACAĞIQMI?

22-01-2021, 11:46 39 dəfə baxılıb

Tarixi-hüquqi baxımdan, eləcə də Rusiya lideri demiş, beynəlxalq hüquq baxımından Azərbaycan Respublikasının halalca yaşayış məntəqəsi olan Xankəndi şəhərinin girişində hazırda Rusiya dövlətinin(!) bayrağı və qondarma separatçı-terrorçu erməni rejiminin əski parçaları yanaşı asılıb.

Moderator.az xəbər verir ki, bu barədə məlumat və foto sosial şəbəkələrin erməni seqmentində paylaşılıb. Göründüyü kimi, yolun sol tərəfində Rusiya bayrağı və erməni cındırı növbələşir... Yolun sağında isə, səhv etmiriksə, işğalçı və məğlub Ermənistan əskiləri ilə separatçıların cındırları növbə ilə asılıb...

P.S. Görünür, Rusiya Prezidenti möhtərəm yoldaş Putinin bundan xəbəri yoxdur. Yoxsa sülhməramlıların komandanı Rustam Mədətova, üzr istəyirəm, Muradova deyərdi: "Rusiya da qondarma dövlətdir ki, onun bayrağıyla separatçı rejimin əski parçasını yanaşı asmısız? Utanın! Azərbaycana hörmət etmirsiz, heç olmasa, özünüzə hörmət edin...”


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR