Magistraturaya qəbul imtahanının sualları narazılıq doğurdu - DİM yenə diqqət mərkəzində

1-03-2021, 17:14 69 dəfə baxılıb

Xəbər verdiyimiz kimi dünən Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı keçilib.

Yenicag.az-ın məlumatına görə, imtahanda iştirak edən bakalavrlar imtahan suallarının çətinliyindən şikayət edir.

Belə ki, DİM-in sosial şəbəkə hesabında paylaşdığı postun altına yüzlərlə bakalavr şikayətlərini dilə gətirərək məntiq və informatika fənlərinə aid test tapşırıqlarının həddindən artıq çətin və vaxt aparan olduğunu qeyd ediblər.

Şikayətçilərin sözlərinə görə, məntiqə aid test tapşırıqlarını həll etmək üçün ayrılmış vaxt kifayət etməyib və nəticədə imtahan verənlərin əksəriyyətinin suallara baxmaq üçün zamanı qalmayıb.

Bakalavrlar sualların çətin salınmasının DİM tərəfindən məqsədyönlü şəkildə həyata keçirildiyini və onların magistraturaya qəbul üçün keçiriləcək təkrar imtahana qatılmalarına sövqetmə məqsədi daşıdığını bildiriblər.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR