“Əbədi Birlik” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Qazaxıstan’ın Türk Dünyasında rolu” mövzusunda Qazaxıstan’ın “Alatau-Aqparat” media qrupu baş redaktoru Ercan Kalimbaioğlu ilə görüş keçirildi

18-12-2023, 17:09 55 dəfə baxılıb

“Əbədi Birlik” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Qazaxıstan’ın Türk Dünyasında rolu” mövzusunda Qazaxıstan’ın “Alatau-Aqparat” media qrupu baş redaktoru Ercan Kalimbaioğlu ilə görüş keçirildi



Görüş zamanı Ercan Kalimbaioğlu tərəfindən Qazaxıstanın türk dünyasındakı rolundan, Azərbaycan-Qazaxıstan arası münasibətlərin inkişafından söhbət açıldı. Türk dövlətlərin mədəni və tarixi bağlarının onlar arasındakı əlaqədə böyük əhəmiyyət kəsb etdiyi, eyni zamanda türk dövlətlərinin liderlərinin də bu əlaqələrdə mühüm rolunun olduğu vurğulandı.
Ercan Kalimbaioğlu: “İlham Əliyevi Qazaxıstanda çox sevirlər, onun siyasi görüşlərini xüsusi maraqla izləyirik” - deyərək Prezident İlham Əliyevin liderlik keyfiyyətlərindən danışdı. Eyni zamanda “Əbədi Birlik” Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev Azərbaycan-Qazaxıstan arası iqtisadi, siyasi və mədəni əlaqələrin yüksələn xətlə inkişaf etməsini bildirdi və Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayevin hər iki dövlətin əlaqələrinin inkişafındakı rolundan danışdı.

Görüş zamanı Azərbaycanın Turan Musiqi Qrupunun rəhbəri Elşad Ələkbərov və türk dünyası gəncləri də iştirak edib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR