DİN əməkdaşları Gəncədə keçirilən III MDB Oyunlarında fasiləsiz xidməti davam etdirirlər

6-10-2025, 07:41 22 dəfə baxılıb

DİN əməkdaşları Gəncədə keçirilən III MDB Oyunlarında fasiləsiz xidməti davam etdirirlər


III MDB Oyunları çərçivəsində Gəncə şəhərində keçirilən bir neçə növ idman yarışları zamanı təhlükəsizliyin təmini məqsədilə Daxili İşlər Nazirliyi (DİN) tərəfindən təhlükəsizlik tədbirləri tam təmin olunur.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları yarışların keçirildiyi bütün ərazilərdə ictimai qaydanın qorunması, insanların təhlükəsizliyinin təmin edilməsi, baş verə biləcək hər hansı neqativ və hüquqazidd halların qarşısının vaxtında alınması məqsədilə fasiləsiz rejimdə xidmət aparırlar.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR