Lənkəranskinin taclandırdığı, “Quli”nin adını əlindən aldığı gənc qanuni oğru - DOSYE

16-10-2018, 11:48 414 dəfə baxılıb

Lənkəranskinin taclandırdığı, “Quli”nin adını əlindən aldığı gənc qanuni oğru - DOSYE


“Qanuni oğru” anlayışı ötən əsrin əvvələrində formalaşıb.

Məqsəd oğru aləmini sovet siyasi sistemi, əvvəllər də tarixdə olduğu kimi, cinayət aləmini nəzarətdə saxlamaq məqsədi ilə yaratmışdı. Bu qanunlara tabe olanların siyasətdən uzaq olması məsələsi də heç də təsadüfi deyil. Stalin istənilən siyasi müxalifətdən qorxduğu üçün, qanunu oğru institutunu yaranmasında maraqlı idi.

Formalaşmış kriminal aləm daha çox Rusiya mühitindən bəhrələnib. Belə ki, bununla əlaqədar terminlər də rus mənşəlidir. Hətta Stalinin bu amildən siyasi məqsədlərlə yararlandığını da deyirlər. Məhz bu təşkilatlanmadan sonra "obşak" adlandırılan mexanizm qurulub.

Nəticədə, 1930-cu illərdə, SSRİ-də mövcud olan ağır repressiya illərində qanuni oğrular meydana gəliblər.

Bəs bu gün ən gənc qanuni oğru kimdir və o kim tərəfindən taclandırılıb?

Open.az ən gənc qanuni oğru hesab edilən Revaz Ubilava (Revaz Cavarski) həyatı haqqında araşdırma aparıb.

Revaz Rastadiyeviç Ubilava 1993-cü il aprelin 10-də Gürcüstanın Çalencix rayonunun Cvari kəndində anadan olub. Yeniyetməlik illərində ailəsi ilə birlikdə Rusiyaya köçüb. 2012-ci ilin martında ilk məhkumluğunu alıb. Onda Revaz Ubilavanın üzərindən narkotik vasitə olan həşiş aşkarlanıb və Smolensk vilayətindəki 1 nömrəli həbsxanada 8 ay yatıb. Həbsdən çıxdıqdan sonra Rusiyada gürcü mafiyasının ən güclü 2 qolundan biri olan “Tbilisskie” qruplaşmasının tərəfinə keçib.

2014-cü ilin yayında Türkiyədə “sxodka” keçirən “Tbilisski”lər qruplaşması liderləri Merab Marqveladzenin təklifi ilə 3 nəfərə - İrakli Cabuaya, Mixo Calaqnoyaya və Revaz Ubilavaya “qanuni oğru” adının verilməsi haqda qərar qəbul edib.

Həmin sxodkada 3 azərbaycanlı qanuni oğru da iştirak edib.

Rövşən Lənkəranski, Hacı Beylaqanski və Zaur Naxçıvanski 21 yaşlı Revazın qanuni oğru titulunun verilməsini razılıq veriblər.

Bununla o ən gənc qanuni oğru titulana malik olan criminal aləm üzvü olub.

Bu, onların kriminal müharibələr zamanı özlərini etibarlı göstərmələri ilə bağlı idi.

2014-cü ilin yayında MDB məkanındakı gürcü mafiyasının iki əsas qolu – “Suxumskilər”, yaxud meqrellər və “Tbilisskilər”, yaxud gürcülər qruplaşmaları arasında mövcud olan ənənəvi düşmənçilik daha da kəskinləşib.
21 yaşlı Ubilava çox keçmədən rəqabət halında olduqları “Suxumskilər” qruplaşması ilə üzləşməli olur. 2014-cü il oktyabrın 20-də Ubilava Moskavda yaşadığı məzildə 4 nəfərin hücumuna məruz qalır. Travmatik tapançadan açılan atəşlə qulağının bir hissəsini itirən Ubilava vəhşicəsinə döyülür.

2018-ci ildə İstanbulda Lotu Qulinin iştirakıyla keçən toy mərasimindən sonra qanuni oğrular arasında "skodka” keçirilib.

Niko Qaqrinskinin toyundan sonra Quliyə yaxın "qanuni oğrular” bir yerə yığışaraq öz aralarında oğru dünyasıyla bağlı bir sıra qərarlar qəbul ediblər.

Sonda üç qanuni oğrunun - Revaz Ubilava (Revaz Cavarski), Lvasoqlu Batumskinin və Lesko Qalskinin oğru adına xitam verilib.

Burda ən böyük səbəb adları keçən qanuni oğrular Rövşən Lənkəranskinin klanına yaxın olması hesab olunub.

Onu da qeyd edək ki, Revaz Ubilava klassik “qanuni oğru”lardan fərqli olaraq aktiv şəkildə bizneslə məşğuldur və bundan başqa evlənib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR