“Məhkəmələrdə ixtisaslaşmış hakimlərin olması çox vacibdir” - PA-nın şöbə müdiri

5-12-2019, 18:26 338 dəfə baxılıb

“Məhkəmələrdə ixtisaslaşmış hakimlərin olması çox vacibdir” - PA-nın şöbə müdiri

“Məhkəmə-hüquq sistemində islahatların vacib tərkib hissəsi olan ixtisaslaşmış məhkəmələrin yaradılması, məhkəmələrə müraciət hüquqlarının genişləndirilməsi, hüquqi vasitələrin təminatı və digər vasitələr Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin strateji sənədində qeyd olunub”.
Azvision.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov deyib.

G.Kərimov vurğulayıb ki, əqli mülkiyyət dünyada ən qiymətli dəyərdir: “Bu anlayışda dünyanın ən qiymətli məhsulu əql və mülkiyyət birləşir. Əql və mülkiyyətdən dəyərli dünyada heç nə ola bilməz. Çünki, bu insanın əqli nəticəsində yaranmış mülkiyyətdir. Bütün dünyada mübahisələrin, o cümlədən xüsusi hüquqda mübahisələrin bir çoxu mülkiyyətlə, onun bir hissəsi isə əqli mülkiyyətlə bağlı olub. İqtisadiyyatın inkişafının təminatı, innovativ inkişaf, dördüncü sənaye inqilabı, rəqabət qabiliyyətliliyi anlayışları məhkəmə-hüquq islahatlarının məqsədlərindəndir. Ölkədə investisiyanın təşviqi, sahibkarların hüquqlarının müdafiəsinin genişləndirilməsi və təminatı məhkəmə proseslərinin ədalətliliyinə yönəlib. Ölkə başçısının qarşıya qoyduğu ən vacib məsələlərdən biri iqtisadiyyatın artımı, xarici və yerli investisiyaların təşviqi üçün məhkəmələrdə hüquqların təminatıdir”.

Şöbə müdiri vurğulayıb ki, innovasiya, əqli mülkiyyət iqtisadiyyatın tərkibi olmaqla yanaşı vacib hissəsidir: “Ona görə, sahibkar mütləq öz əqli mülkiyyətinin pozulmaması vasitələrini bilməli, məhkəmə vasitəsilə pozulmasının qarşısının alınması və ümumi zərərin ödənilməsini təmin etməyinə əmin olmalıdır. Bu məqsədlə sırf iqtisadi prioritetlər nəzərə alınaraq dövlət başçısının tapşırığı ilə ölkədə aparılan islahatlar fonunda iki paralel məhkəmə vasitəsi sistemləri - kommersiya və inzibatı məhkəmələr yaradılıb. Həm kommersiya, həm də inzibati məhkəmələr əqli mülkiyyət işlərinə baxmaq mandatına malik olacaqlar.

İnzibati məhkəmələr əqli mülkiyyət publik orqanı olan qərarların inzibati qaydada mübahisələndirilməsi və onun təminatına yönələcək. Kommersiya məhkəmələri isə iqtisadi subyektlər arasında yaranan hər hansı əqli mülkiyyət mübahisələrinə baxacaqlar. Ona görə də bu məhkəmələrdə ixtisaslaşmış ekspertizanın, bu sahədə ixtisaslaşmış hakimlərin olması çox vacibdir”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR