Prezident necə mühafizə olunur? - Damlara və eyvanlara xüsusi diqqət

28-07-2018, 01:52 2314 dəfə baxılıb

Prezident necə mühafizə olunur? - Damlara və eyvanlara xüsusi diqqət

Beynəlxalq aləmdə hamı tərəfində qəbul edilmiş qaydalar var: Ali Baş Komandanın həyatı qorunur, təhlükəsizliyi təmin olunur. İstər ABŞ olsun, istər Fransa, istərsə də Azərbaycan - dövlət başçısının təhlükəsizliyi üçün məsuliyyəti birbaşa ölkənin təhlükəsizlik orqanları, xüsusi mühafizə xidmətləri daşıyırlar. Bəzi ölkələrdə həmin xidmətlər olduqca geniş səlahiyyətlərə, bir çox hallarda xüsusi statusa malikdirlər. Və tam məxfi şəraitdə işləyirlər. Bu təbii haldır, çünki terorizmin tüğyan etdiyi şərait bunu tələb edir.



Peyktv.az dünyanın ən məxfi strukturu haqda söhbət açacaq.



Sui-qəsdlər və onlara qarşı “beyin mərkəz”ləri



Yaxın keçmişə nəzər salsaq ayrı-ayrı ölkələrdə dövlət başçılarına yönəlmiş sui-qəsdlərin uğurla nəticələndiyini görərik. Məsələn, 1963-cü ildə Dallas şəhərində ABŞ prezidenti Con Kennedi Li Harvi Osvaldın snayper tüfəngindən atdığı gülləyə tuş gəldi. 5 il sonra onun növbəti prezident seçkilərində iştirak etmək istəyən qardaşı Robert Kennedi öldürüldü. Hindistanın baş naziri İndira Qandi və ondan sonra həmin vəzifəni icra edən oğlu Raciv Qandi də terrorçuların qurbanı oldular.


İsveç baş naziri Ulof Palme, misir prezidenti Anvar Sadat, eləcə də bir çox yüksək səviyyəli diğər dövlət xadimləri də ayrı-ayrı vaxtlarda sui-qəsdlər nəticəsində həlak oldular. Ən son belə hadisə isə İsraildə baş verdi. Kütləvi mitinqdə açılan atəş baş nazir İshaq Ravinin həyatına son qoydu. Bəzi məlumatlara görə hər il dünyada 1000-dək hay-küyə səbəb olan terror aktı, sifarişli qətl törədilir.


Bunların, eləcə də son illər silah-sursat, partlayıcı maddələrin əldə etməyin heç də problem olmadığını nəzərə alsaq, dövlət başçılarının təhlükəsizliyinin təmin olunmasının nə qədər ciddi əhəmiyyət kəsb etdiyinin səbəbi bir daha məlum olur. Məhz belə şərait xüsusi xidmət orqanlarının əməkdaşlarından yüksək profesionallıq, belə desək, yaradıcılıq tələb edir. Onlar lazım olan hər cür gizli informasiyanı əldə etmək üçün agentura şəbəkələrini genişləndirməli, kəşfiyyat və əks-kəşfiyyat texnikasının ən yaxşısına malik olmalı, onlardan istifadə etməyi bacarmalıdırlar. Təbii ki, bunu üçün qeyri-adi istedada, habelə yüksək ağıl kofisientinə malik kadrlar tələb olunur.


Dünyada ən yaxşı qorunan dövlət başçılarından biri Rusiya prezidentidir. Rusiya Fedarasiyası Mühafizə Xidmətində 10 min nəfər çalışır ki, bunlardan da təxminən 300-400 nəfəri birbaşa prezidentin təhlükəsizliyi ilə məşğul olur. Stalin dövründə xüsusi xidmət orqanlarındakı ştatlı işçilərin sayı qat-qat çox olub. 1945-ci ildə “Koba”-nın təhlükəsizliyini Postdam şəhərində 10 minlərlə gizli agentlə yanaşı hərbi birləşmələr də təmin etmişdi.


ABŞ-da isə prezidenti bilavasitə 3,5 min nəfər mühafizə edir. Bu iş üçün yüksək səviyyəli peşəkarlar cəlb edilir. Söhbət təkcə dövlət baçısını müşayiət edənlərdən deyil, həm də mühafizə xidmətinin “beyin mərkəzi”ndən (taktiki, strateji vəzifələri planlaşdıran, proqnozlaşdıran analitiklər) gedir.


Məhz bu sahədə yüksək intellektə, güclü məntiqə malik insanlar çalışırlar. Onların işi minlərlə informasiyanın içində təhlükə törədəni tapa bilmək, hadisənin qarşısını baş verməmişdən almaq üçün tədbirlər planı hazırlamaqdan ibarətdir. Hər bir işçidən intuisiya, hadisələrin gedişatını görmək bacarığı tələb olunur. Baxmayaraq ki, informasiya hər an və hər yerdən axır, çox zaman hətta onların mənbəyinin sayını dəqiqləşdirmək çətin olur.


Bundan başqa xüsusi xidmət orqanlarının sərəncamında olan kompyuterlərin yaddaşında onilliklər ərzində yığılmış məlumatlar toplanır. Həmin məlumatlarda dünya üzrə minlərlə terrorçunun, criminal, ekstrimist strukturların üzvlərinin tərcümeyi-halı, onların törətdikləri hadisələr və s. əksini tapır.


“Beyin mərkəzi”nin əməkdaşları təhlükənin harada gizləndiyini dəqiqləşdirir və onun qarşısını almaq üçün əks tədbirlərlə bağlı təkliflər verirlər.



Marşrutlar və zirehli avtomobillər



Bunlar öz yerində, ancaq mühafizə xidməti üçün ən vacib və ən çətini dövlət başçısının təhlükəsizliyini ölkədaxili və xarici səfərlər zamanı təmin etməkdir. Hər bir belə tədbirdən əvvəl ona ciddi hazırlıq işləri görülür. Məsələn, söhbət prezidentin şəhər daxilindəki hərəkət marşrutundan gedirsə, həm marşrut, həm də hərəkət vaxtı tez-tez dəyişdirilir. Bütün yollar, xırda tinlər, döngələr bağlanır.


Yeri gəlmişkən, Minskdəki Meşerov adına adına prosspekt Belarus prezidenti Aleksandr Lukaşenkonun demək olar ki, evdən işə və işdən evə gedərkən hər gün keçdiyi yoldur. Hərəkət vaxtı yolun bağlanması öz yerində, son dövrlərdə prospektə yük maşınlarının girişi də qadağan edilib. Orada həmçinin minik avtomobillərinin saxlanmasına da icazə verilmir. Lukaşenkonun kortejini lentə almaq da qadağandır.


Marşrut üzrə hər şey nəzarət altında olur. Damlara, eyvanlara xüsusi qiqqət yetirilir. Əgər hərəkət marşrutu eyni istiqamətdə bir neçə dəfə təkrar olunursa, həmin ərazidə yaşayanların kimliyinin xüsusi orqanlar əvvəlcədən öyrənirlər.


Prezidentlərin avtomobilləri və kortejləri də fərqli olur. Məsələn, Rusiya prezidentinin zirehli “Zil”i 10 tondan artıq olsa da saatda 200 km sürət yığa bilir. Onun gövdəsini, eləcə də 40 mm-lik şüşəsini tapançadan, avtomatdan, pulemyotdan atılan güllələrlə deşmək qeyri-mümkündür. Bu avtomobil üçün qumbara, hətta piyadalar üçün minanın da partlayışı qorxulu deyil. Belə avtomobillər sifarişlə yığılır. Zavodda həyata keçirilən ən xırda əməliyyatlara ikiqat nəzarət olunur.


Nəzarət sonradan da davam etdirilir, müasir diaqnostik və roentgen aparatlarının köməyi ilə aparılır. Bu əməliyyatlar Kremldəki xüsusi qarajda prezidentin hər səfərindən əvvəl və sonra təkrar olunur. Bu da təbiidir. Çünki hərəkət vaxtı heç bir nasazlıqdan söhbət gedə bilməz. Rusiyada bu tipdən olan bir neçə limuzin hazırlanıb.


Prezidentlər ölkənin başqa şəhərinə, yaxud vilayətinə gedəndə, eləcə də xarici ölkələrə səfər edəndə onun avtomobilini də həmin yerə aparırlar. Vatikan Roma Kilsəsinin başçıların yada salaq. Papanın “pantifik” adlanan kiçik, zirehli avtomobildə gəzdirirlər. Və bu avtomobil papanı bütün səfərlərində müşayiət edir.

ardı var, İlqar Atabəyli


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR