DİALOQ GÜNDƏMDƏ - YAP-çı deputat: “Biz hazırıq, müxalifət istəyirsə...”

24-10-2019, 17:24 405 dəfə baxılıb

DİALOQ GÜNDƏMDƏ - YAP-çı deputat: “Biz hazırıq, müxalifət istəyirsə...”

“Dialoq ilk növbədə mühitdir. Hər bir tərəfin öz fikrini demək imkanına malik olduğu mühit Azərbaycanda var”.

Bunu Cebhe.info-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə iqtidar-müxalifət dialoqu ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Deputatın sözlərinə görə, istər iqtidar, istərsə də müxalifət Azərbaycanda sərbəst şəkildə öz fikrini deyə bilir:

“Eyni zamanda, iqtidar həm hakim siyasi qüvvə, həm də əlində icra hakimiyyəti olan bir qurum kimi istənilən məsələnin müzakirəsinə hazırdır. Müxalifət hansısa bir məsələni müzakirə etmək istəyirsə, istənilən vaxt biz bunu onunla müzakirə edə bilərik. O başqa məsələ ki, bəzi müxalif qüvvələr özünün düşündüyünü və yaxud da özünün hərəkət texnologiyasını zorla cəmiyyətə qəbul etdirmək istəyir. Dünyanın heç bir ölkəsində metro çıxışında mitinq təşkil edilmir və bilir ki, buna yol verilməyəcək”.

Aydın Mirzəzadə əlavə edib ki, qeyri-qanuni aksiyanın təşkilatçıları bu gün həmin mitinqdə səsləndirdikləri fikirləri yox, mitinq barədə söhbətləri şişirtməkdə daha çox maraqlıdır:

“Hesab etmirəm ki, onları mütləq görüşə dəvət etmək, onlarla bu məsələni müzakirə etmək lazımdır. Sadəcə olaraq, qanun qarşısında hər kəsin öhdəlik məsələsi var. Hansısa bir məsələnin müzakirəsinə hazırıq. Amma zorla qeyri-qanuni hərəkətləri cəmiyyətə qəbul etdirmək yolverilməzdir. Buna artıq iqtidar deyil, hüquq-mühafizə orqanları öz hüquqi cavablarını verəcəklər”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR