İlham Əliyevin hədəfi nədir: o, islahatlardan imtina edə bilərdimi?

4-12-2019, 17:01 266 dəfə baxılıb

İlham Əliyevin hədəfi nədir: o, islahatlardan imtina edə bilərdimi?

İslahatlar dönəmi həmişə dinamik və partlayış effektli olur və siyasi, ictimai qüvvələrə yırğalanmağa vaxt tanımır. Belə vəziyyət dəyişikliklər dövründə situasiyasını öləziməyə qoymamaq kimi böyük siyasətin tələblərinə uyğundur. Bəzən belə də olur ki, hərəkətlər sırf görüntü effekti naminə edilir, suvaq rolu oynayır və ona görə heç bir nəticə vermir. Bu qəbildən tərpənişlər qısa zamanda boşa çıxır.
Azərbaycan hakimiyyəti dövlət idarəçiliyində harmoniyanın mahiyyətini açmaqla hazırda rasionalizmin yeni nümunələrini təqdim edir. İnstitusional, idarəçilik və kadr paradiqmaları bir nöqtədə kəsişərək, böyük nəticəyə işləyir. Bu vəziyyətdə hər şey hərəkətə gəlir və işləməyə qabil qüvvələrdən prosesə qoşulmaq tələb edir.

Son günlər hakim Yeni Azərbaycan Partiyasının parlamenti buraxmaq təşəbbüsü məlum olan kimi ölkənin ictimai-siyasi mühitində qeyri-rəsmi debatlar dalğası qalxıb. Bu, normal şeydir. Gözləntilər prizmasındam proseslərin gedişini hesablamağa heç də hamının hövsələsi çatmır. Rəylər çevrəsi həddən ziyadə böyükdür.

Ancaq bütün fikir və dəyərləndirmələr heç də həmişə rasional məntiqə uyğun gəlmir. Burada siyasətin başqa bir qaydası işə düşür – fantaziya nə qədər böyükdürsə, bir o qədər ona tez inanırlar.

Siyasətçilər, ikinci cərgədən olan şərhçilər hadisələr zəncirinin inkişafını təxmin eləməyə cəhd göstərərək, ciddi şəkildə auditoriyaya təkcə öz bəsirətlərini yox, həm də məlumatlılıqlarını sırıyırlar. “İdrakın yuxusu möcüzələr yaradır” seriyasından bəsit fikirlər səsləndirərək, gələcək dəyişikliklərin inanılmaz konfiqurasiyalarını qururlar.


Bir qisim deyir ki, guya yeni parlament seçkiləri ilə paralel erkən prezident seçkiləri də keçiriləcək. Başqaları inandırmağa çalışırlar ki, dövlət başçısı hakimiyyətin transferini hədəf götürüb. Ən “məlumatlıları” isə bildirir ki, guya dövlət başçısı tərəfindən həyata keçirilən dəyişikliklər hakim partiya daxilindəki qeyri-sağlam atmosferlə bağlıdır və guya bununla İlham Əliyev xoşagəlməz tendensiyalara son qoyub.
Əlbəttə, heç kimə proqnoz verməyi yasaqlamaq olmaz. Ancaq yenə bu işlə divan şərhçiləri və ekstrasenslər yox, proseslərin həlledici elementlərini rasional şəkildə qiymətləndirən insanlar məşğul olmalıdır.

Aydındır ki, yeni trendlər liderin sosial liftlərin səyyar hərəkəti üçün fürsətlər və rasional meyllərdən maksimum faydalanmaq istəyindən qaynaqlanır. Vəziyyətə hərtərəfli baxış baş verəcəkləri hesablamağa imkan yaradır.

Müdriklər heç də boşuna deməyiblər ki, keçmişlə sünbüllənmək mənasız işdir, çünki köhnə təkrarlanmayacaq və indikindən maksimum yaxşını əxz eləməliyik. Doğrudur, onlar iddia edirlər ki, gələcəyə yönəlik baxışlar da guya praqmatik deyil, nədən ki, gələcək də qaranlıqla örtülüb. Bu tövsiyə ilə haradasa razılaşmaq olar, amma qismən.

Ancaq böyük siyasətin peşəkarları onlar hətta fikirləri ilə reallıqlarda olsalar da, özlərinin altıncı hissləri hesabına gələcəyə köklənirlər. Yaxınlaşan sürprizləri qabaqlamaq bacarığının olmaması siyasətçilərə daha çox əngəl yaradır. Çoxdan bəllidir ki, gələcəyə boylanmaq vərdişi güclü və ciddi siyasətçilərin nəsibidir. Bu yerdə belə bir sualın qoyuluşu məntiqli olar: madam heç bir sferada vəziyyət narahatlıq kəsb eləmir, İlham Əliyev islahatlardan imtina edə bilərdimi?


Əlbəttə, edə bilərdi. Və o zaman hər şey öz axarı ilə gedərdi – nəyə ki, əslində süst legion (hakim qrup - red.) alışmışdı. Ölkə elə ona görə onunla vidalaşdı ki, ona böyük hesabla heç bir dəyişiklik lazım deyildi. Onu sakit, ölçülü-biçili bölgü tam qane edirdi.

Hər şeylə maraqlanan ağıllı başlar həmişə zamanla əlaqə dalğasında olurlar. Bu, gələcəklə dialoq bacarığına malik təcrübəli idarəçilərə xasdır. Hamıya bu istedad verilməyib. Bu üzdən universal başısoyuqluq keyfiyyətinə malik olanlar yeniliyi süngü ucunda qarşılayırlar. Deyilənlər böyük ölçüdə radikal müxalifətə də aiddir, hansı ki, yeri gəlmişkən, artıq seçkiləri boykot taktikasından söz açıb.

Müxalifətin hərəkətsiz düşərgəsi böyük olmasa da, rəngarəngdir və onun sıralarında rəylər spektri olduqca genişdir. Seçki Məcəlləsinin bir çox müddəalarını dəyişməyin vacibliyi ilə bağlı bəzi fikirlər, proporsional sistemə qayıdışla bağlı tələbləri və s. qulaq deşir. Faydalı qarşılıqlı əlaqələr praktikasına uyğunlaşmamış radikallar həmişə seçicilər və ya partiyalılığı olmayan namizədlər üçün yox, müstəsna olaraq özləri üçün münbit şərtlər tələb ediblər. Onlar yenə öz ampluasındadırlar və öz mübarizələri üçün yumşaq və komfort fürsətlər istəyirlər.


Ancaq mübarizə daim ictimai-siyasi proseslərdə iştirak tələb edir, nəinki müstəsna olaraq seçki kampaniyaları öncəsi növbətçi özünügöstərmələr. Adamlara siyasətçilərin, ekspertlərin fikirlərinə qulaq asmaq keyfiyyəti xasdır. Ancaq bəzən bir çoxu unudur ki, seçicilər də öncəgörmə qabiliyyətinə, rasionalı irrasionaldan fərqləndirmək bacarığına malik olurlar. Həvəskar falçıların səsləndirdiklərinin çoxu məntiqi yanaşmanın məhsulu deyil. Belə qaba qayğıkeşlikdə hakimiyyəti ilişdirmək, onun yenilənməyə yönəlik addımlarına kölgə salmaq cəhdi sezilir.
Hərə öz yolunu seçir və öz seçiminə qulluq edir. Bütün hallarda ən yaxşısı, rasional yolla getmək və istifadəçiləri yüngül imepativlər və sərlövhələrlə yanıltmamaqdır. Bunlar səbəbsiz yerə qorxulu effekt yaratmaqla faydalı nəticəyə imkan vermir. “Hakimiyyətin transferi”, “institusionallaşma”, “parlamentin buraxılması” və s. təhqir deyil, riskləri və təhdidləri neytrallaşdırmalı olan təriflərdir.

Siyasi etiket qaydaları incəlik, takt və ən əsası, alternativlərə və dialoqa yer saxlamağı tələb edir. Ölkənin yeni fazaya mürəkkəb transferinə başçılıq edən Azərbaycan hakimiyyəti həmvətənlərini buna kökləyir. Bu da alternativ axtarmağın mənası olmayan istiqamət.


Tofiq Abbasov,
analitik


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR