Ermənilər tarix istəyir: Qarabağla bağlı mübahisəli 5 faiz - TƏHLİL

21-12-2019, 10:23 322 dəfə baxılıb

Ermənilər tarix istəyir: Qarabağla bağlı mübahisəli 5 faiz - TƏHLİL


Ermənistanın hərbi araşdırmalar mərkəzinin elmi-araşdırma departamentinin rəhbəri, hərbi ekspert Leonid Nersisyan “İcmal” verilişinin efirində hakimiyyətdəki etibarlı mənbələrə istinadla Ermənistanla Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı razılığa gəldiklərini iddia edib.

Cebhe.info-ya açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, münaqişənin həll variantının 95%-nin nə olduğu bilinir və razılaşdırılıb: “Əsas problem yerdə qalan 5%-dir. Yəni münaqişə hansı formada həll olunmalıdır? Biz Dağlıq Qarabağ münaqişəsinin mərhələli şəkildə həll olunmasını təklif edirik, ermənilər isə deyir ki, birdəfəlik referendum yolu ilə həll olunmalıdır. Yəqin erməni ekspert bunu nəzərdə tutur. Çünki ermənilər də bilir ki, 5 rayonu azad etməli və azərbaycanlılar öz torpaqlarına qayıtmalıdırlar. Onlar referendumun nə zaman keçiriləcəyini bilmək istədiklərini deyirlər. Biz onlara belə bir tarix verə bilmərik. Çünki ermənilər “müstəqilliyə” səs verəcəklər. Dağlıq Qarabağın statusu məsələsi sonrakı mərhələdə müzakirə oluna bilər. Məhz əsas prinsipial məsələ də bu 5%-dədir. Detal da aydındır. Yəni biz deyirik ki, bu münaqişənin həllini mərhələli şəkildə aparaq, ermənilər isə deyir ki, hər şey birdən bilinməlidir və referendum tarixi sazişə salınmalıdır. Biz də buna razılaşa bilmərik”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR