Deputat olmaq istəyən deputat oğlanları kimdir? - SİYAHI

6-02-2020, 23:27 196 dəfə baxılıb

Deputat olmaq istəyən deputat oğlanları kimdir? - SİYAHI
Məlum olduğu kimi, 4 gündən sonra - 9 fevral tarixində Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, parlament seçkilərində deputatlığa namizəd olaraq iştirak edəcək bəzi şəxslərin ataları daha əvvəl deputat olublar.

Atası deputat olan deputatlığa namizədlərdən biri hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Mirkazım Kazımovun oğlu Səid Kazımovdur. Daha əvvəl 4 dəfə - deputat seçilən Mirkazım Kazımov sonuncu dəfə 2015-ci ildə 68 saylı Cəlilabad kənd seçki dairəsindən millət vəkili seçilib.

Qarşıdakı seçkilərdənamizəd olaraq iştirak etməyən Mirkazım Kazımovun oğlu Səid Kazımov 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən namizədliyini irəli sürüb. 1982-ci il təvəllüdlü Səid Kazımovun hüquqşünas olduğu qeyd olunur.

Deputatlığa namizəd olan daha bir deputat oğlu isə Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası, sabiq-deputat Hacı Qalib Salahzadənin oğlu Əliabbas Salahzadədir.
Namizədliyi YAP tərəfindən irəli sürülən 1979-cu il təvəllüdlü Əliabbas Salahzadənin Sabunçu rayon İcra Hakimiyyətində şöbə müdiri olduğu göstərilir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR