Hacı Kəlbəlizadə və onun əqidə yoldaşları ölkəyə xəyanət yolunu tutublar

9-12-2019, 13:39 1209 dəfə baxılıb

Hacı Kəlbəlizadə və onun əqidə yoldaşları ölkəyə xəyanət yolunu tutublar



Siyasi mübarizəni şərəf və ləyaqət məfhumundan üstün tutaraq, onu opponentinə qarşı söyüş və həqarətlərlə tətbiq etmək, ilk növbədə, milli-mənəvi əxlaq dəyərlərimizi ayaqlar altına atmaq anlamını daşıyır.

Bunu edənlər isə, bu gün sosial şəbəkələrdə “xalq”, “millət” deyə bağırıb, özlərinə dividentlər qazanmağa cəhd edən “liderlər” və onların “beşinci kolon” nümayəndələridirlər ki, sözügedən vasitələrlə guya öz “mübarizələrində” üstünlük qazandıqlarını sanırlar. Amma bunun belə olmadığını özləri də yaxşı bilirlər. Bilirlər ki, sərgilədikləri hərəkətəri sağlam düşüncəli rəy tərəfindən ən sərt şəkildə və hiddətlə qınanılır. Daha doğrusu, söyüş müxalifəti deyilən ucuz yığnaq, bu yolla üzləşdikləri məğlubiyyətlərini əslində etiraf etmiş olurlar. Yəni, siyasi rəqiblərinə tərəf nə qədər çox söyüşlərə, həqarətlərə, küfrlərlə yol verirlərsə, bir o qədər də məğlub olduqlarını etiraf edirər.


Bu, heç də belə deyil..!


Lakin belələri unutmamalıdırlar ki, özlərinə rəva görmədikləri söyüşləri başqalarına qarşı tətbiq edirlərsə, bunun hüquqi tərəfləri də var. Belə ki, bütün sivil ölkələrdə olduğu kimi, Azərbaycan da dünyada beynəlxalq konvensiylara və hüquqi prinsiplərə daim əməl edən dövlət kimi tanınır. Hər bir Azərbaycan vətəndaşı vəzifəsindən, sosial təbəqəsindən asılı olmayaraq, qanun qarşısında bərabərdir və hər bir şəxs etdiyi əmələ görə qanun qarşısında məsuliyyət daşıyır. Bəli, bu gün xarici ölkələrdə necə deyərlər, “şirə, pələngə” dönən söyüş dağarcıqları da var ki, onlar onsuz da, Azərbaycanın dövlətçilik maraqlarına qarşı düşmənçilik mövqeyi nümayiş etdirirlər və düşünürlər ki, “siyasi sığınacaq” aldıqları hər hansı Avropa ölkəsində oturub, sosial şəbəkələr vasitəsi ilə dövlətinin mövqeyini qoruyanları çirkin söyüş hədəflərinə tuturlarsa, onların bu əməlləri cavabsız qalacaq və s. Bu, heç də belə deyil, çünki beynəlxalq konvensiyalar və qanunlar mövcuddur, zamanı çatanda hər kəs haqq etdiyi cəzasını mütləq alacaq. Yəni bu reallığı bəlkə də bir çoxları qeyri-reallıq kimi düşünə bilər, amma əlahəzrət zaman və qanun hər şeyi tam dəqiqliyi ilə sübut edəcək, özü də tezliklə!

Hacı Kəlbəlizadə və onun əqidə yoldaşları ölkəyə xəyanət yolunu tutublar


“Klaviqəhrəmanlar”

“Klaviqəhrəmanlar” monitor arxasında insanları mitinqə səsləyir, ölkədə xaos yaratmağa çalışır və bundan pul qazanırlar, əziyyəti onları dinləyənlər çəkir.
Avropada maddi maraqlarını təmin etmək üçün ətraflarına daha çox adam toplamaq məqsədilə çağırışlar edirlər. Misal üçün, O.Temirxan çağırış edir ki, “Avropada 3000-4000 azərbaycanlı yığa biləcəyiksə, onda Azərbaycan xalqı dəyişiklik edə biləcək”. Sual yaranır, dəyişikliyi Azərbaycanda istəyirsinizsə, Avropada niyə adam toplayırsınız?! Cavab məlumdur: məqsəd nəsə etmək, yaxud xalqın yanında olmaq deyil, məqsəd, ətraflarına daha çox adam toplamaqla, “söyüş müxalifəti” üçün ayrılan bəlli məbləğdən daha çox pay götürməkdir.
Yaxud Orduxanın dostu, həmfikiri Hacı Kəlbəlizadəni götürək.
07 dekabrda Münhendə Azərbaycan dövləti əleyhinə xaincəsinə şüarlar səsləndirib.
Məqsədi ancaq mövcud hakimiyyəti repressiyalarda günahlandırmaq, azad sözə qarşı dövlətimizdə guya basqıların olduğunu görsətməkdir.
Hacı Kəlbəlizadə və onun əqidə yoldaşları ölkəyə xəyanət yolunu tutublar.


Hacı Kəlbəlizadə və onun əqidə yoldaşları ölkəyə xəyanət yolunu tutublar
Hacı Kəlbəlizadə və onun əqidə yoldaşları ölkəyə xəyanət yolunu tutublar


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR