Post-epedemiya dövründə hökumət nə etməlidir? - TƏHLİL

5-05-2020, 17:24 217 dəfə baxılıb

Post-epedemiya dövründə hökumət nə etməlidir? - TƏHLİL

Azərbaycan hökuməti artıq post-epedemiya dövrünə hazırlaşmalıdır. Çünki koronavirusa həm ölkə, həm də dünya üzrə yoluxma halları getdikcə azalır və güman ki, çox yaxın gələcəkdə həyat əvvəli məcrasına qayıdacaq. Təbii ki, 3 aylıq karantin rejiminin iqtisadi fəsadlarını aradan qaldırmaq üçün xeyli zaman və hökumətin adekvat qərarları lazımdır.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, koronavirusa görə Azərbaycan iqtisadiyyatı hər gün 120-150 milyon manat itirir. Əgər hesab etsək ki, mayın 31-i karantin rejiminin son günü olacaq, onda 3 aylıq karantin rejimində 10-12 milyard manat Azərbaycan iqtisadiyyatı pul itirəcək. Bu büdcə gəlirlərinin 40 faizi deməkdir.

Üstəlik də neftin dünya bazarında ucuzlaşması büdcə gəlirlərinə əhəmiyyətli dərəcədə mənfi təsir edir. Ancaq bəziyyət ümidsiz də deyil - ölkənin valyuta ehtiyatları da yetərincədir - həm Neft Fondunda, həm də Mərkəzi Bankın ehtiyat fondunda.

Azərbaycanın valyuta ehtiyatları bu il aprelin 1-nə 47 milyard 743,3 milyon dollar təşkil edib.
Bunun 86,6%-i və yaxud 41 milyard 349,5 milyon dolları Neft Fondunun , 13,4%-i və yaxud 6 milyar 393,8 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının payına düşüb. Bu vəsait epedemiyanın ziyanlarını aradan qaldırmağa yetərlidir.

Bununla belə hökumət post-epedemiya dövründə iqtisadiyyatın dirçəldilməsi üçün bir çox məsələləri həll etməlidir.

Birincisi, əmək bazarının leqallaşdırılması. Əmək bazarı tam leqallaşmayınca, real işsizlərin sayını müəyyən etmək və adekvat olaraq məşğulluq siyasti yeritmək mümkün deyil. Karantin rejimində bunun mənfi nəticələrini hamı gördü.

İkincisi, statistika siyasəti yenilənməli və real göstəricilərə adekvat olmalıdır. Karantin rejimi bu problemi də çılpaqlığı ilə ortaya çıxartdı.

Üçüncüsü, əsas resurslar real sektorun dəstəklənməsinə yönəldilməlidir. Çox zəruri və vacib infrastrukur layihələr istisna olmaqla, qalanları ən azı yaxın 2-3 il üçün təxirə salınmalıdır.

Dördüncüsü, ölkəyə investorların cəlbi üçün həmi hüquqi, həm də siyasi qərarlar qəbul edilməlidir. Rayonlarda qovulan investorlar ölkəyə dəvət olunmalı, önların təhlükəsizliyinə təminat verilməlidir, məmurlara bizneslə məşğul olmaq de-fakto qadağan edilməlidir.

Beşincisi, koruupsiyaya qarşı daha effektiv və sərt qərarlar qəbul edilməlidir. İcra başçılarının ardıcıl həbsi göstərir ki, siyasi hakimiyyət indidən bu kursu götürüb. Yaxşı olardı kı, bu kurs daha da sərtləşsin və təkcə icra hakimiyyətlərini yox, başqa dövlət qurumlarını da əhatə etsin.

Bu şərtlər daxilində post-epedemiya dövründə iqtisadiyyatı nəinki bərpa etdirmək, hətta daha yüksək templərlə inkişaf etdirmək olar.
Qadir İBRAHİMLİ //istiqlal.az//


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR