Mahmudova bağlı rektor ölkədən qaçdı

18-11-2015, 15:00 660 dəfə baxılıb

Mahmudova bağlı rektor ölkədən qaçdı
















Odlar Yurdu universitetinin rektoru, sabiq deputat Əhməd Vəliyevin başı cəncəldədir

VİZUAL.az-ın əldə etdiyi xəbərə görə, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla ailəvi dostluğu eks-deputatın işini çətinə salıb.

Onun bu hadisələrin fonunda 20 gündən çoxdur ölkəni tərk edərək Almaniyaya qaçdığı bildirilir. Rektor özü Rusiyada olduğunu desə də, mötəbər mənbə 10 gün sonra Ə.Vəliyevin Almaniyadan vətənə qayıdacağını qeyd edir.

Ə.Vəliyevin ona məxsus "Muğanbank”ı sabiq nazirin əmisi oğlu ilə birgə şərik işlətməsi faktının üzə çıxması rektorun vəziyyətini ağırlaşdırıb. Rektorun traktor servisi biznesi də təhlükədədir.

Onun bu biznesinin idarəçiliyi əlindən alına bilər. Son hadisələrdə yaxasını çəkmək istəyən rektorun məsuliyyətdən yayınmaq üçün ölkəni tərk etməsi onun barəsində araşdırmalara heç də xitam verməyib. Keçmiş MTN şefinin "Muğanbank” üzərindən pul transferləri edib-etmədiyi də yoxlanmaqdadır.

Həmin bank Eldar Mahmudovla Əhməd Vəliyevin şərikli müəssisəsidir. Onların "Muğanbank”dakı işlərini isə Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovla, Əhməd Vəliyevin kürəkəni, eyni zamanda "Muğanbank”ın Müşahidə Şurasının sədri Elmir Mehdiyev həyata keçirib.

Əslində, bu bankın kimə məxsus olduğu elə bankın öz saytında yazılıb. Belə ki, saytın səhmdarların bankın nizamnamə kapitalında payı bölməsində payçıların adları göstərilir - Mehdiyev Elmir Maqbet oğlu - 63,50 % (Ə.Vəliyevin kürəkəni, eyni zamanda bankın Müşahidə Şurasının sədri), Vəliyeva Vəfa Əhməd qızı - 12,05 % (Əhməd Vəliyevin qızı), Mehdiyev Maqbet Rəhim oğlu - 13,10% (Ə.Vəliyevin qudası, Tibb Universitetinin dosenti, biologiya elmləri namizədi) Mehdiyeva Fəridə Cahandar qızı - 11.35 % (Ə.Vəliyevin qudası)

Yeri gəlmişkən, Ə.Vəliyevin sahibi və rəhbəri olduğu Odlar Yurdu Universitetinin bank hesabları da bu bankdadır.

Qeyd edək ki, Odlar Yurdu Universitetinin tədrisində E. Mahmudovun atası akademik Əhməd Mahmudova xüsusi diqqət ayrılıb.

Belə ki, ötən il Universitetdə Ə. Mahmudovun anadan olmasının 91-ci ildönümü təntənəli şəkildə qeyd olunub, ali məktəbdə akademikin adını daşıyan Elmi-Tədqiqat Mərkəzi yaradılıb. Həmçinin Odlar Yurdu universitetinin tələbələrinə Əhməd Mahmudov adına təqaüd verilir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR