"Üçtərəfli görüşdə Paşinyanın heç bir təklifi qəbul olunmadı" - Melkumyan

12-01-2021, 19:25 149 dəfə baxılıb

“Erməni tərəfinin heç bir tələb və təklifi danışıqlarda ciddi qəbul edilmədi. Nəticədə Ermənistan əvvəlcə müzakirə olunan və razılaşdırılanlara razılıq verdi. Başqa sözlə, məğlubiyyətlərimizin seriyası davam edir”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Çiçəklənən Ermənistan” fraksiyasının üzvü Mikael Melkumyan bu gün mətbuata Putin-Paşinyan-Əliyev görüşünün nəticələri barədə danışarkən deyib.

Melkumyan sözügedən reallıqları nəzərə alaraq, baş nazirin istefası tələblərinin gündəmdə olduğunu vurğulayıb: “Hakimiyyətə ölkəni danışıqlarda layiqincə təmsil edə biləcək və Rusiya ilə münasibətlərə yeni təkan və yeni məzmun verəcək yeni insanlar gəlməlidir”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR