Məxfi danışıqlar var: "Bu danışıqlar Ermənistanla aparılmır !” - İLGİNC AÇIQLAMA

9-05-2020, 11:50 279 dəfə baxılıb

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışında növbəti dəfə sərsəm açıqlamalar verib. Paşinyan 2018-ci ildən bəri Qarabağ danışıqlarında mövqeyinin dəyişmədiyini və mərhələli həll plana uyğun danışıqlarda maraqlı olmadığını vurğulayıb. Azərbaycan Xarici İşlər Nazirliyi erməni baş nazirin absurd bəyanatını cavabsız qoymayıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva vurğulayıb ki, baş nazir bu bəyanatı ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə məhz Ermənistanın əngəl törətdiyini etiraf etmiş olur. Qurum təmsilçisinin sözlərinə görə, bu bəyanat kimin danışıqlardan və beynəlxalq ictimaiyyətin tələblərini yerinə yetirməkdən imtina etdiyini açıq şəkildə göstərir:

“Ermənistan rəhbərliyi bu açıqlamaların münaqişənin danışıqlar yolu ilə tənzimlənməsinə heç də xidmət etmədiyini anlamalı və nəhayət dərk etməlidir ki, Azərbaycan öz Konstitusiyasına və beynəlxalq hüququn norma və prinsiplərinə istinadən beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa edəcək. Münaqişənin həlli çərçivəsində yarana biləcək hər hansı gərginliyin məsuliyyəti isə Ermənistan tərəfinin üzərindədir”.

Düşmən tərəfin növbəti sərsəm açıqlamasını “Sherg.az”a dəyərləndirən Cənubi Qafqaz Sülh və Münaqişə İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə deyib ki, Paşinyanın əsas məqsədi separtçıları danışıqlar masasına gətirməkdir.
Ekspertin sözlərinə görə, Paşinyan bu təklifi yenidən gündəmə gətirərək Moskvanın nəbzini yoxlayır:

“Paşinyanın paralmentdə bu açıqlaması birbaşa Rusiyaya meydan oxumaqdır. Ermənistanda qatı anti-Rusiya isterikası baş nazir səviyyəsində aparılır. Amma Sergey Lavrovun rəhbərlik etdiyi Rusiyanın Xarici İşlər Nazirliyi Ermənistanın xarici idarəsi kimi özünü xarakterizə edir. Reallıq odur ki, Ermənistan daxilində siyasi vəziyyət mürəkkəbləşir və Paşinyanın Qarabağ danışıqlarında mövqeyi getdikcə zəifləyir. Demək olar ki, o öz hakimiyyətini qorumaqla məşğul olacaq. Bundan sonra Qarabağla bağlı mövqeyində real dəyişikliklərə gedəcəyi gözlənilmir”.

Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan hərbi cəhətdən işğalçı ölkəyə preventiv zərbələr endirməlidir:

“Danışıqların aparılması vaxt itkisidir və Minsk Qrupunun fəaliyyətində yeni bir yanaşma yoxdur. Rusiya tərəfi Paşinyanın Ermənistanda davam etdirdiyi siyasi proseslərə dözümsüzlük göstərir. Ona görə də Paşinyanın cəzalanmasında Rusiya da maraqlıdır. Yeni konfedensial danışıqlar var və bu danışıqlar təbii ki, Ermənistanla aparılmır. Azərbaycanın son günlər həyata keçirdiyi hərbi təlimləri, generalların təmas xəttinə səfərləri yeni ciddi prosesdən xəbər verir”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR