YAP-ın İdarə Heyəti bu gün Mirələmovun məsələsinə BAXACAQ

23-04-2021, 10:57 164 dəfə baxılıb

Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, partiyanın Xətai rayon təşkilatının sədri, sabiq deputat Hüseynbala Mirələmovun ötən gün sosial şəbəkələrdə yayılmış videogörüntülərdə yol verdiyi qeyri-etik hərəkət cəmiyyətdə ciddi müzakirələrə səbəb olub.

Yeni Azərbaycan Partiyasından Modern.az-a bildirilib ki, Hüseynbala Mirələmovun bu hərəkətləri təmsil olunduğu siyasi partiya nümayəndələri tərəfindən də şiddətlə qınanılıb.

YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayevin sözlərinə görə, məsələ partiyanın İdarə Heyətinin aprelin 23-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Xatırladaq ki, məlum videoda H.Mirələmovun işçisi olduğu güman edilən qadına qarşı qeyri-etik rəftarə görüntülənib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR