Türkiyə və Azərbaycana qarşı Çin-İran ittifaqı? - Pekinin simvolik jesti

28-04-2021, 14:07 166 dəfə baxılıb

"Çin Serj Sarkisyanla görüşməklə olduqca kobud demarş etdi. Sarkisyan indiki baş naziri kapitulyant hesab edir".

Cebhe.info xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.

O bildirib ki, görüşdə iki ölkə arasında əlaqələrdən söhbət açılıb: "Çin olduqca ehtiyatlı davranır və simvolik jestlərə böyük əhmiyyət verir. Ancaq bu, simvolik jest deyil, zərbə daşıdır, üstəlik bu, Meğridəki gömrük məntəqəsindəki hadisələrlə üst-üstə düşmür".

Politoloq hesab edir ki, ölkəsi üçün hazırda şimal-cənub dəhlizinin açılması Azərbaycan və Türkiyənin israr etdiyi şərq-qərb dəhlizindən daha vacibdir. Buna görə də Çinin bu jestləri iki cəhətdən təhlükəlidir:

1. Çin İrana yarım trillyon dollar sərmayə qoymaq niyyətindədir, bunun böyük hissəsi lojistik layihələrə ayrılacaq, təbii ki, burada Ermənistan sərhədi ilə bağlı məsələ də mümkündür.

2. Şimal-cənub yolunun açılması bizə ona görə vacibdir ki, təhlükəsizliyin təminatçısıdır. İstənilən zaman Türkiyə Meğriyə qoşun yeridə bilər, bunu da onunla əsaslandırar ki, öz kommunikasiya sistemlərinə hansısa təhlükə var. Bu təqdirdə İran və Çin bu məsələni tarazılaşdıra bilər. Çünki hər iki ölkənin bu yerdə marağı var. İran artıq bunu rəsmən bəyan edib".


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR