Rusiya Zəngəzurda baş konsulluq açır - Vaxt barədə açıqlama

20-06-2024, 08:43 16 dəfə baxılıb

Rusiya Zəngəzurda baş konsulluq açır - Vaxt barədə açıqlama


Moskva yaxın vaxtlarda Ermənistanın Zəngəzur bölgəsində, Qafan şəhərində Rusiyanın baş konsulluğunun açılmasını gözləyir.

Bunu Rusiya xarici işlər nazirinin müavini Yevgeni İvanov deyib.

“Ermənistanda və Maldiv adalarında baş konsulluğun açılması ilə bağlı sərəncamlar verilib. Hazırda bu istiqamətdə işləyirik. Ümumiyyətlə, bu, kifayət qədər böyük təşkilati və texniki işdir”, - nazir müavini qeyd edib.

Ermənistanda baş konsulluğun açılmasının təxmini müddətinə dair dəqiqləşdirici suala cavab olaraq diplomat bunun “yaxın gələcəkdə” gözlənildiyini bildirib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR