Əliyev və Ərdoğan ona dəstək verir: İrəvan üçün pis ssenari - GƏLİŞMƏ

7-08-2024, 14:22 21 dəfə baxılıb

Əliyev və Ərdoğan ona dəstək verir: İrəvan üçün pis ssenari - GƏLİŞMƏ


2020-ci ildə Azərbaycana müharibəyə başlamağa imkan verənlərdən biri olan Donald Trampın yenidən prezident seçilməsi Ermənistan üçün ən pis ssenaridir.

Axar.az xəbər verir ki, bu sözləri erməni politoloq Stepan Danielyan deyib.

O bildirib ki, Əliyevlə Ərdoğanın Trampa dəstək ifadə etməsi təsadüfi deyil.

Eyni zamanda Danielyan əlavə edib ki, İran və Azərbaycan arasında moderator funksiyasını üzərinə götürən Rusiyanın Cənubi Qafqazda rolu artır:

“Bu region yenidən Moskvanın təsir zonasına çevrilir. Belə bir vəziyyətdə Ermənistan hakimiyyətinin Rusiya ilə yeni münasibətlər qurmağa, İranla münasibətləri dərinləşdirməyə çalışması vacibdir. Bu, Ermənistan üçün çox vacibdir”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR