Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar.
Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biri idi. Şəhər tamamilə dağıdılmış, vandalizmə məruz qoyulmuş, yerlə-yeksan edilmişdi. Artıq Laçın əvvəlki əzəmət və qürurunu bərpa etməkdədir, quruculuq prosesləri burada dinamik şəkildə həyata keçirilir, keçmiş məcburi köçkünlərin bir qismi doğma yurdlarına qayıdıb və bu qayıdış ardıcıl şəkildə reallaşacaq.
Laçın şəhərinin 2025-ci il MDB-nin mədəniyyət paytaxtı elan edilməsi qürur doğuran növbəti məqamlardan biridir. Bu xəbər həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılandı. Laçın şəhərinin 2025-ci il MDB-nin mədəniyyət paytaxtı elan edilməsi xəbərindən qürur duyuruq. Bu qərar bizim haqq savaşımıza, qazanılan Zəfərimizə ehtiram nümunəsi olmaqla yanaşı, həm də Qarabağla bağlı aparılan quruculuq işlərinə mənəvi planda yanaşmaq, onun dəyərlərinin ehtiva olunduğu ən kiçik nüansı belə bədii-estetik yaddaşın məxəzinə çevirmək məqsədi daşıyır.
COP29 İqlim konfransına sayılı günlər qaldığı bir dönəmdə belə bir uğura imza atılması, habelə növbəti ildə Azərbaycanda III MDB Oyunlarının keçirilməsi, Gəncə şəhərinin idman paytaxtı olaraq seçilməsi, Azərbaycanın 10-dan çox şəhərində keçiriləcək yarışlar barədə xəbərin yayılması müqtədir məqamlardandır. Bütün bu qərarlar dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi dəyərləndirilə bilər.
loading...