Ulu öndər Heydər Əliyevin milli qürur rəmzinə çevrilmiş sözləri

27-12-2024, 09:14 137 dəfə baxılıb

Ulu öndər Heydər Əliyevin milli qürur rəmzinə çevrilmiş sözləri



"Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir.Mən həmişə fəxr etmişəm,bu gün də fəxr edirəm ki,mən azərbaycanlıyam!"-Ulu öndər Heydər Əliyevin bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir.
Həyatını vətəninə,xalqına,torpağına həsr etmiş ulu öndərimiz hər zaman azərbaycanlı olması ilə fəxr edib öyünmüşdür.İstər Azərbaycana rəhbərlik etdiyi illərdə,istərsə SSRİ adlanan bir imperiyada fəxri kürsülərdə fəaliyyət göstərdiyi zamanlarda belə onu Azərbaycan məhəbbəti,azərbaycançılıq hissləri bir an belə tərk etməmişdir.
O,vətəndə və vətəndən uzaqlarda olduğu vaxtlarda da özünü vətənində və xalqı ilə bir yerdə hiss etmişdir.Əsl vətəndaş,böyük tarixi şəxsiyyət olan H.Əliyev millətini,torpağını sevmiş,onu labüd fəlakətlərdən daim qurtarmışdır.Onun zəkası ilə "Azərbaycan dünyaya Günəş kimi doğmuşdur".
Azərbaycançılıq ideyası, xalqımızın milli özünüdərki, müstəqilliyimizin möhkəmlənməsi və qorunub saxlanılmasında əvəzsiz rola malik olan bu fenomen şəxsiyyəti yetirən torpaqla necə fəxr etməyəsən ki?Gəlin,bu Vətəni sevək və daim qoruyaq.Azərbaycan bizim döyünən ürəyimiz,aldığımız nəfəsimizdir.
"Mən azərbaycanlıyam" deyəndə göz önünə qəhrəmanlıq və şücaət dolu tarixi keçmişimzi,yüksək mənəvi dəyərlərmizi,ucu bucağı bilinməyən vətən torpaqlarını,əngin səmaları gətirək.
Azərbaycançılıq 44 gün boyunca bir dəmir yumruğun gücu altında əsgəri ilə bərabər birləşib düşmənini diz çökdürən xalqın,şəhidlərin qanı ilə çiçəklənən torpağın,başımız üstündə məğrur-məğrur dalğalanan bayrağın simvoludur.Bu gün bütün dünya azərbaycanlıları öz milli kimlikləri ilə fəxr etməyə haqlı və borcludurlar.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR