Kavelaşvili Fəxri və Şəhidlər xiyabanlarında - Yenilənib - Fotolar

16-04-2025, 07:38 126 dəfə baxılıb

Kavelaşvili Fəxri və Şəhidlər xiyabanlarında - Yenilənib - Fotolar


Gürcüstan Prezidenti Mixeil Kavelaşvili bu gün Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

“Qafqazinfo” xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

***

Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Şəhidlər xiyabanını da ziyarət edib.

Mixeil Kavelaşvili Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonra Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Kavelaşvili Fəxri və Şəhidlər xiyabanlarında - Yenilənib - FotolarKavelaşvili Fəxri və Şəhidlər xiyabanlarında - Yenilənib - FotolarKavelaşvili Fəxri və Şəhidlər xiyabanlarında - Yenilənib - FotolarKavelaşvili Fəxri və Şəhidlər xiyabanlarında - Yenilənib - FotolarKavelaşvili Fəxri və Şəhidlər xiyabanlarında - Yenilənib - FotolarKavelaşvili Fəxri və Şəhidlər xiyabanlarında - Yenilənib - FotolarKavelaşvili Fəxri və Şəhidlər xiyabanlarında - Yenilənib - Fotolar


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR