Azərbaycan xalqı hər zaman Prezident İlham Əliyevi dəstəkləyib

22-12-2025, 09:09 63 dəfə baxılıb

Azərbaycan xalqı hər zaman Prezident İlham Əliyevi dəstəkləyib



Azərbaycan xalqı hər zaman Prezident İlham Əliyevi böyük inam və etimadla dəstəkləmişdir. Bu dəstək dövlət başçısının həyata keçirdiyi məqsədyönlü, ardıcıl və milli maraqlara əsaslanan siyasətin nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə sabitlik qorunmuş, sosial-iqtisadi inkişaf təmin edilmiş, vətəndaşların rifahının yüksəldilməsi dövlət siyasətinin əsas prioritetinə çevrilmişdir.
Xalq–Prezident birliyi xüsusilə Vətən müharibəsi dövründə özünün ən yüksək zirvəsinə çatmışdır. Prezident İlham Əliyevin qətiyyətli liderliyi, ordumuzun gücü və xalqımızın sarsılmaz dəstəyi nəticəsində Azərbaycan tarixi Zəfər qazanmış, ərazi bütövlüyü və suverenliyi bərpa edilmişdir.
Bu böyük Qələbə milli həmrəyliyin, güclü dövlətçilik iradəsinin və Prezidentə olan yüksək etimadın bariz nümunəsi kimi tarixə yazılmışdır.
Qazanılan Zəfər Azərbaycanın yeni inkişaf mərhələsinin əsasını qoymuşdur.
Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuz qazanması, ölkədə sabitliyin və təhlükəsizliyin təmin edilməsi, insan kapitalının inkişafı, xalqın mədəni və milli-mənəvi irsinin qorunub saxlanılması, mühüm transmilli enerji və nəqliyyat layihələrinin gerçəkləşdirilməsi xalqın dəstəyinə arxalanan Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin nəticəsidir.
Ölkə başçısı hər zaman xalqdan güc alıb, xalqımız da Prezidenti həmişə dəstəkləyib. Xalq-iqtidar birliyinin sarsılmazlığının əsasında da bu amil dayanır.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, gələcəyə inamla baxılır. Xalq–Prezident birliyi isə bundan sonra da ölkəmizin daha böyük uğurlara imza atmasının əsas təminatçısı olaraq qalacaqdır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR