Son 20 ildə Bakıda 100-dən çox park və bağ salınıb.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi açılış mərasimində bildirib.
"Son 20 il ərzində biz Bakıda 100 park və bağ salmışıq, onların 19-u isə tamamilə yenidən qurulub. İctimai nəqliyyata, mikromobilliyə, metroya, elektrik enerjisi ilə işləyən müasir avtobuslara sürətli çıxışı olan ekoloji baxımdan təmiz şəhərlər - bütün bunlar paytaxtın və təkcə paytaxtın yox - vahid inkişaf konsepsiyası kimi həyata keçirilir", - o qeyd edib.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın bir çox rayonlarında şəhər inkişafı çox sürətli templərlə gedir:
"Şübhəsiz ki, bu mühüm görüş və Birləşmiş Millətlər Təşkilatından olan dostlarımızın, eləcə də ölkəmizə gələn çoxsaylı qonaqların təcrübəsi hamımıza daha çox şey öyrənməyə, bir-birimizdən öyrənməyə, müsbət təcrübəni mənimsəməyə, həmçinin səhvlərimiz barədə danışmağa kömək edəcək".
loading...