Bütün məktəblərdə vahid geyim forması tətbiq olunacaq

11-12-2018, 12:20 430 dəfə baxılıb

Bütün məktəblərdə vahid geyim forması tətbiq olunacaq


Azərbaycanda məktəblərdə vahid geyim forması tətbiq olunacaq. Bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib. Komitə sədri bildirib ki, bəzi məktəblərdə məktəbli forması tətbiq olunsa da, ancaq bu bütün məktəbləri əhatə etməyib.

"Yeni hazırlanan "Ümumi təhsil haqqında” qanunda isə nəzərdə tutulub ki, məktəblərdə vahid məktəbli forması tətbiq olunsun”.

"Ümumi təhsil haqqında” qanun layihəsinin 12-ci maddəsində (Ümumi təhsil müəssisəsi) qeyd edilib ki, ümumi təhsil müəssisəsində təhsilalanlar üçün Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq ediləcək.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR