Zaqataladakı “yaşıl soyqrım”la bağlı Yasamalda çıxarılan ədalətsiz məhkəmə qərarı

19-07-2017, 13:16 514 dəfə baxılıb

Zaqataladakı “yaşıl soyqrım”la bağlı Yasamalda çıxarılan ədalətsiz məhkəmə qərarı










Təbiəti qorumaq, onun qayğısına qalmaq, yeri gəldikdə müəyyən problemlərini aradan qaldırmaq və s. hər zaman hər kəsin əsas vətəndaş borcu olmalıdır. Çünki təbiətin varlığı olmadan, onun bəxş etdiyi sərvətlərdən lazımınca istifadə etmədən nə ictimai həyatımızın inkisafinı təmin edərik, nə də bir çox məqsədlərimizin həllinə nail ola bilərik. EIə bu səbəbdən də, Allah-Təalanın bəxş etdiyi sərvətlərdən düzgün istifadə etməklə həm yaşayışımızı təmin etməliyik, həm də onun yaşadılmasına da çalışmalıyq.
Bundan əlavə, meşə zolaqlarının varlığı zaman-zaman insan həyatında müstəsna rola malik olmuş və onlardan lazımi məqsədlər üçün istifadəolunma, məhz ictimai həyatımızın əsasını da təşkil etmişdir.

Zaqatalada “yaşıl soyqırım” davam etdirilir

Bu belə olduğu halda, görəsən Zaqatala meşələrində nələr baş verir ki, hələ bir müddət bundan əvvəl adı çəkilən rayonun Car meşəbəyliyinin Axakdərə kəndi ərazisində meşə gözətçisi işləmiş Məhəmməd adlı şəxsin danışdıqlarını dinlədikcə, sanki dəhşətə gəldik. O, Qaynarxett.az saytının əməkdaşı ilə söhbətində bildirir ki, “vaxtilə Zaqatalanın meşə təsərrüfatına rəhbərlik etmiş Xəlil müəllim, bir müddət bundan əvvəl ETSN Meşələrin inkişafı departamentinə rəhbər təyin olunduqdan sonra, çox keçmədi ki, adı çəkilən rayonun meşə zolaqlarında yoxlamalar aparılmağa başlandı. Belə ki, departament rəhbərinin verdiyi tapşırığa əsasən yalnız mənim nəzarət etdiyim ərazilərdə yoxlamalar aparıldı və 65 ədəd kəsilmiş ağac müəyyən edilərək, mənə 1967 manat cərimə yazıldı. Onu da vurğulayım ki, kəsilmiş ağaclar ZİL-131 markalı maşınla meşəlik ərazilərin dərinliklərindən münasib yerlərə daşınaraq “Kamaz”lara yükləndi və bir “reys”i Car meşəbəyliyinin əvvəlki meşəbəyisi olmuş Həmzə bəyə, bir “reys”i isə, Həmzə bəyin köməkçisi olmuş Həbib Vüsalova çatdırıldı. Onu da unutmaq olmaz ki, Həbib Vüsalova verilən bir “Kamaz” odun, Zaqatala rayon meşə mühafizəsi və bərpası müəssisəsinin əvvəlki direktoru Vaqif Şabanovun tapşırığı əsasında çatdırıldı".

Məqsədli yoxlamalar və əldə olunan “haqq-hesab”lar

Şikayətci o məqama da toxundu ki, "yazılmış 1967 manat cərimə son anda 675 manata endirildi və onun yalnız 50 manatını mən ödəməli oldum. Çünki, kəsilmiş ağacların baiskarı olan Həmzə bəy, yazılmış cəriməni Balakənli müştərisinə ödətdirdi və bunun qarşılığında müştərisinə yeni material verəcəyi vədini öhdəsinə də götürdü. Bütün bunlar azmış kimi, Vaqif Şabanovdan heç bir halda ehtiyat etməyən və vaxtilə vəzifə səlahiyyətindən sui-istifadə edən Həmzə bəy, əslən Zaqatala rayonundan olan İbadulla adlı şəxsə də iki maşın odunun verilməsi üçün tapşırıqlarını verdi. Belə bir tapşırıqdan sonra İbadulla odun əvəzinə yeşik hazırlanması üçün nəzərdə tutulan 62sm-lik fıstıq ağaclarını doğratdırdı və az sonra onları satışa da çıxartdı.
Ümumiyyətlə, Qaynarxett.az xəbər portalı olaraq daim meşə təsərrüfatı ilə bağlı duruma olduqca diqqət yetiririk və problemlərinin ictimailəşdirilməsinə də çalışırıq. Tərəfimizdən apardığımız araşdırmalar zamanı bəzi məqamları da müəyyən edə bildik ki, Həmzə bəylə əslən Zaqataladan olan İbadulla adlı şəxsi bir-birinə bağlayan müəyyən tellər var. Çünki, hər ikisi yaşadıqları ərazilərdə “meşə cəlladı” adı ilə tanınırlar. Amma, İbadullanı ondan fərqləndirən digər cəhətlər də var.

Zaqatalada və digər ərazilərdə İbadulla hansı adla tanınır?

Belə ki, əldə etdiyimiz ilginc məlumatlara görə İbadulla ərazidə kimlərisə şantaj etməklə, kimlərəsə “pul atmaq”la, daha çox isə bir ünvandan digərinə əsaslı-əsassız “danos”lar ötürməklə də məşğul olur. Yerli sakinlərin iddialarına görə Həmzə bəyin onunla işbirliyinə girməsinə səbəb də, məhz İbadulladan ehtiyat etməsi olub. Çünki, bu şəxs vaxtilə meşə zolaqlarından oğurluq yolu ilə həyətinə gətirdiyi kəsilmiş ağacların şəkillərini çəkərək, bəzi media qurumlarına çatdırırmış ki, pərdəarxası maraqlarını təmin edə bilsin. Hələ bu azmış kimi, İbadullanın Zaqatalanın səhiyyə müəssisələrində yaşananlarla, yol polislərinin atdıqları addımlarla, hətta yaxın-uzaq qonşularının əməlləri haqda və s. bəzi xəbər portallarına çatdırdığı məlumatlar da, hal-hazırda müzakirə olunan mövzulardandır.

İbadullanın “işverənliyi” nələrə səbəb olub?

Bəli, bu gün İbadulla Zaqatalada sanki “toxunulmaz şəxs” hesab olunur. Çünki, yuxarıda qeyd etdiyimiz kimi bunun da müəyyən səbəbləri var. Adı çəkilən şəxsin rayonun baytarlıq idarəsində sürücü “işlədiyi” bildirilsə də, əslində onun işə getmədiyini əksəriyyət də təsdiqləyə bilər. İbadulla baytarlıq idarəsində qol qoyulan qanunsuzluqları, yəni dövlətin verdiyi dərmanların “levı” yollarla satıldığını, kəsim məntəqələrindən hər ay müəyyən məbləğdə “haqq-hesab” ın yığılması haqda məlumatları, quruma verilən yanacağın, müəyyən avadanlıqların, bəzi detalların və s. satılması haqda məlumatları ora-bura, xüsusilə də media qurumlarına ötürür ki, belə bir yollarla qəpik-quruşa sahib ola bilsin. Onun qol qoyduğu ən iyrənc addımlardan biri də, qızını gəlin köçürərkən və həyat yoldaşına geyim paltarı alarkən, dost-tanışından borc şəklində aldığı pulları geri qaytarmamasıdır.

“Meşə cəlladı” adı ilə tanınan İbadullanın məlumatları, bəzən təsdiqini tapmır

İbadullanın müxtəlif qurumlarda yaşananlarla bağlı çatdırdığı məlumatlar bəzən təsdiqini tapmadığından, hətta elə hallar da olub ki, dərc olunan açıqlamalarla bağlı çox keçmədən təkzib də yazılıb. Məsələn, bu şəxs vaxtilə Azerinfo.az saytının əməkdaşına bildirir ki, “Vaqif Şabanov 50 min manat rüşvətin qarşılığında rayonun torpaq şöbəsinin müdiri vəsifəsinə sahib olsa da, çox keçmədi ki, bu sahədə aparılan sturuktur islahatları, adı çəkilən şəxsin işsiz qalması ilə nəticələndi. Belə olan icra başçısı qardaşı Əhməd Əhmədzadənin dəstəyindən yararlanaraq, çox keçmədən onu meşə təsərrüfatına rəhbər təyin etdirə bilir. Düzdür, İbadullanın verdiyi belə bir məlumat aparılan araşdırmalar nəticəsində təsdiqini tapmadığından, hələ bir müddət bundan əvvəl Azerinfo.az saytında təkzib də dərc olunmuşdur.

Car meşəbəyliyində aşkarlanan narkotiklər, kimlərin məhbəsə göndərilməsinə səbəb olur?

Car kəndi ətrafında olan meşə zolaqlarının gözətçisi Zelxo Hacı adı ilə tanınan şəxsdir. Bu şəxs bölgədə “at oynadan” “meşə cəlladları”ndan sayılır. Zelxo Hacı meşə gözətçisi işlədiyi vaxt daha çox dağıntılara yol verdiyindən, meşə təsərrüfatının rəhbəri olmuş Razimin dövründə o, işindən çıxarılır və yerinə qardaşı təyin olunur. Bir müddətdən sonra onun qardaşı da meşə gözətçiliyindən çıxarılır və həmin vəzifəyə yenidən Zelxo Hacı təkrar təyin olunur. Bu təyinatların yalnız bir səbəbi olur ki, hər iki qardaş yaşadıqları ərazidə “demaqoq” adı ilə tanınırlar. Bundan ehtiyat edən rəhbərlik hər zaman məcbur olur ki, onları iş başında saxlasın. Rəhbərlik belə bir addım atmazsa o halda hər iki qardaş rəhbərliyin əməllərindən yuxarı təşkilatlara xəbər verib, hər bir problemin ictimailəşməsinə nail ola bilirlər.
Əslən Zaqatala rayonundan olan İbadulla adlı şəxsin verdiyi məlumatlara və yerli sakinlərdən bəzilərinin iddialarına görə, Zelxo Hacı ləqəbi ilə tanınan şəxsin gözətçi işlədiyi meşə zolaqlarında vaxtilə narkotik bitkilər də yetişdirilir. Bu haqda hüquq-mühafizə orqanı əməkdaşları məlumat əldə etdikdən sonra, həmin ərazilərdə müəyyən əməliyyatlar keçirilir və sonda bir neçə şəxs məhbəsə də göndərilir. Məlumatlı şəxslərin iddialarına görə, “Kamaz” markalı maşının sürücüsü Tahir adlı şəxsin Əhməd və İslam adlı övladları, Zelxo Hacı ilə zamanında işbirliyinə girirlər. Elə ki, narkotik bitkilərlə bağlı əməliyyat keçirilir, həmin vaxt Zelxo Hacı yüngül xərclə həbs olunmaqdan xilas olmağı bacarsa da, Tahir adlı şəxsin hər iki oğlu həbsə göndərilir. Bunun da əsas səbəblərindən biri, Zelxo Hacının oğlunun polisdə işləməsi olur.

Məhəmmədin gözətçi işi, görəsən hansı maraqlara qurban verilib?

Zaqatala meşələrində baş verən hoqqaların nəticəsi olaraq, Car meşəbəyliyinin Axakdərə kəndi ərazisində gözətçi işləyən Məhəmməd adlı şəxs, çox keçmir ki, daşıdığı vəzifəsinə “əlvida” da deməli olur. Baxmayaraq ki, bu şəxs xeyli müddət meşə təsərrüfatı sahəsində çalışır və kifayət qədər iş təcrübəsi də toplayır. Amma çox keçmir ki, kəsişən maraqlar ona daşıdığı vəzifəsinə “əlvida” dedizdirir. Onu da unutmaq olmaz ki, hələ bir neçə il bundan əvvəl Zaqatala meşələrində “Meşə qardaşları” adlı qruplaşma “firon”luq edərkən, Məhəmmədin atası Yusif kişi onların zərərsizləşdirilməsində mühüm rol oynayır. Bu da onu söyləməyə əsas verir ki, istər Məhəmməddə, istərsə də atası Yusif kişidə dövlətinə məhəbbət, xalqına bağlılıq hissi var ki, o da, zamanında bu cür addımlarını atıb.
Bu gün isə belə bir şəxsin övladının işsiz qalması, heç cür yolverilməz haldır. Amma, Zaqatala meşələrinə zaman-zaman “qənim kəsilən”, rayon ərazisizdə “meşə cəlladı” adı ilə tanınan Həmzə bəy, bir müddət bundan əvvəl qol qoyduğu çoxsaylı qanunsuzluqlara görə daşıdığı vəzifəsindən uzaqlaşdırılsa da, o, çox keçmir ki, Tala meşəbəyliyinin meşəbəyisi olan İlqar adlı şəxsə köməkçi təyin olunur. Bu haqda məlumatları xəbər portalımıza çatdıran şəxslər onu da bildirirlər ki, Zaqatalanın Tala kəndindən olan və ETSN-də mühüm vəzifə sahibi olan şəxs hər zaman Həmzə bəyə arxa-dayaq olduğundan, o, hər zaman hansısa işlə də təmin olunmağı bacarıb. Onu da unutmaq olmaz ki, rayon sakinləri Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsində baş verən ciddi qanunsuzluqlar barədə, bu günə kimi müvafiq instansiyalara çoxsaylı müraciətlər edib, amma “yaşıl soyqrım”ı həyata keçirənlərə qarşı hansısa əsaslı tədbirlər görülməyib.

Ədalətsiz qərarlar “yaşıl soyqrım”a yollar açır


Qaynarxett.az xəbər portalı olaraq o haqda da məlumatlıyıq ki, hələ bir müddət bundan əvvəl Azerinfo.az xəbər portalında Zaqatala meşələrində analoqu olmayan və hər kəsi dəhşətə gətirən çoxsaylı qanunsuzluqlarla bağlı geniş açıqlamalar dərc olunmuşdur. Dərc olunan açıqlamalarda adı çəkilən rayonun meşə təsərrüfatına rəhbərlik etmiş Vaqif Şabanovun qanunsuz əməlləri qabardılırdı, “yaşıl soyqrım”ı həyata keçirən digər vəzifə sahiblərinin əməlləri isə ifşa olunurdu. Bəli, baş verənlərdən sonra o haqda da xəbər əldə etdik ki, ETSN-nin rəhbərliyi dərc olunan məqalələrdə sadalanan faktlara münasibət bildirir və meşə zolaqlarına “qənim kəsilən”lər, o cümlədən Zaqatala rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Vaqif Şabanovla bərabər, bir neçə vəzifə sahibi də daşıdıqları vəzifələrindən uzaqlaşdırılır. Yəni, Azerinfo.az xəbər portalında işıq üzü görən açıqlamalardan sonra cənab Hüseyn Bağırov, yaranmış vəziyyətlə bağlı müdrik addımını atır. Bir məqamı da unutmaq olmaz ki, Vaqif Şabanov daşıdığı vəzifəsini itirmək təhlükəsi ilə üz-üzə qaldığı vaxtlarda, adı çəkilən xəbər portalının rəhbəri İbrahim Hümbətovu ölümlə hədələyir, hətta onu təhqir etməkdən də çəkinmir. Son anda daşıdığı vəzifəsinə “əlvida” deyən Vaqif Şabanov, qarşı tərəfdən qisas almaq qərarına gəlir və Azerinfo.az xəbər portalının rəhbərini xüsusi ittiham qaydasında Yasamal rayon Məhkəməsinə də verir. Keçirilən məhkəmə proseslərində hal şahidləri dindirilir, bir çox faktlar araşdırılır, Vaqif Şabanovun İbrahim Hümbətovu ölümlə hədələməsi faktı təsdiqlənir, dərc olunan açıqlamalarda sadalanlar fakt şəklində ortaya da qoyulur. Bütün bunların qarşılığında isə keçirilən proseslərinə sədrlik edən, ortaya qoyulmuş dəlil-sübutlara heç bir halda məhəl qoymayan Yasamal rayon Məhkəməsinin hakimi Azər Tağıyev, çıxarmış olduğu ədalətsiz qərarı ilə adını bugünkü tariximizə yazmış olur. Belə ki, son məhkəmə prosesində o, Azerinfo.az xəbər portalının rəhbəri İbrahim Hümbətovun 1 il müddətinə islah işlərinə cəlb olunması və aldığı əmək haqqının 20%-nin dövlətə ödənilməsi barədə qərar çıxarır.

Vaqif Şabanovun qisası, yoxsa...

İndi olub keçənlərə bir anlığa olsa belə diqqət yetirək. Vaqif Şabanov direktor olduğu dövrdə Zaqatalanın meşə təsərrüfatına qənim kəsildiyindən, ekologiya və təbii sərvətlər naziri cənab Hüseyn Bağırov onu atmış olduğu addımlarına görə daşıdığı vəzifəsindən uzaqlaşdırır. Digər tərəfdən ölkə rəhbəri cənab İlham Əliyev ətraf mühitlə, xüsusilə də meşə zolaqlarının qorunması, yaşıllıqların salınması və s. yöndə hər bir vəzifə sahibinə lazımi tapşırıqlarını verir. Vaqif Şabanov isə, verilmiş tapşırıqlara məhəl qoymur və rayonun meşə təsərrüfatını dağıtmaqla məşğul olur. Bu cür əməl sahibini də, məhz Yasamal rayon Məhkəməsinin hakimi Azər Tağıyev müdafiə edir və ittiham olunan şəxsin cəzalandırılması barədə əsassız qərar da çıxarır.

Onu da unutmaq olmaz ki, Vaqif Şabanov meşə təsərrüfatına rəhbərlik etdiyi vaxtlarda daha çox kəsilməsi qadağan olunan ağacları, o cümlədən fısdıq, vələs, cökə, şabalıd, palıd və s. kəsdirməklə, rayonun meşə təsərrüfatına bənzəri olmayan həddə ziyan vurur. Məhz, onun atmış olduğu addım da, daha çox arıçılıq təsərrüfatının inkişaf etdirilməsinə əngəllər yaradır, digər sahələrin də məhvinə yollar açır. Bu belə olduğu halda hakim Azər Tağıyevin addımlarına hansı prizmadan yanaşmaq daha məqsədəuyğun olar?

Digər tərəfdən onu da vurğulayaq ki, Azerinfo.az xəbər portalının rəhbəri İbrahim Hümbətov 62 yaş həddini keçmiş şəxs olmaqla bərabər, həm də 2-ci qrup əlildir və əlilliyinə görə bu gün dövlətdən cəmi 173 manat müavinət alır. Bu belə olduğu halda görəsən İbrahim Hümbətovu cəzalandırmağa qərar verən Yasamal rayon Məhkəməsinin hakimi Azər Tağıyev, məhz xəbər portalı rəhbərinin sabahkı dolanışığını, səhhətindəki problemlərin varlığını və s. kimi halların varlığını niyə nəzərə almayıb? Açıqlamada adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik. Mövzu diqqətimizdədir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR