"Qarabağ.tv"-nin rəhbəri Mehriban Əliyeva və Ramiz Mehdiyevə müraciət ünvanladı

29-08-2018, 15:46 735 dəfə baxılıb

"Qarabağ.tv"-nin rəhbəri Mehriban Əliyeva və Ramiz Mehdiyevə müraciət ünvanladı


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
Azərbaycan Respublikasının birinci vitse-Prezidenti Mehriban xanım Əliyevaya
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə

Bu gün Azərbaycan dövləti olaraq üzləşdiyimiz haqqsız işğala qarşı mübarizədə informasiya sahəsində boşluqlar özünü göstərməkdədir. Uzun müddətdir ki, Qarabağla bağlı saytlar QHT-lər tərəfindən layihə çərçivəsində yaradılırdı, lakin qrantın müddəti keçəndən sonra onların hostinq və domain ödənişlərinin edilməməsi səbəbindən saytlar bağlanır. Bu gün virtual məkanda Qarabağla bağlı bir neçə dilli saytların və ümumiyyətlə adi internet televziyasının olmaması bizim düşmənə qarşı zəif nöqtəmizin olduğunu göstəricisidir. İnternet şəbəkəsində Qarabağla əlaqədar məlumatlar azdır, böyük bir qismi isə təəssüf ki, Azərbaycana məxsus deyil. Həzərə alsaq ki, informasiya mübarizəsi sahəsində son illərə qədər nailiyyətlərimizlə sevinməyimizə əsasımız çox deyil, o halda məsələnin aktuallığını göz önündə canlandırmaq daha da asan olar. Azərbaycanın haqlı mövqeyi və dövlətimizin siyasəti barədə yüksək siyasi dairələrdə məlumatlar Sizin apardığınız siyasət nəticəsində bəlli olsa da xarici media, QHT-lər, ictimai fikirdə Qarabağ barədə məlumatsızlıqlar özünü göstərir. Dövlət başçısı İlham Əliyev “ən yaxşı müdafiə hücumdur” taktikasını irəli sürəndən sonra Azərbaycanın hər bir vətəndaşının öhdəsinə düşmənə qarşı bütün sahələrdə birləşmək vacibliyin yaratdı. 30 il ərzində Ermənistanın Azərbaycana işğalçı siyasəti nəticəsində doğma yurdlarından qaçqın və məcburi köçkün düşmüş 1 milyondan çox insanın səsini, Qarabağın işğal altında olmasını, müharibənin iqtisadiyyatımızla yanaşı, milli-mədəni abidələrinə vurduğu ziyanlar, Qarabağ mədəniyyəti, Qarabağ tarixi barədə dünyaya əsl həqiqətləri göstərmək üçün Qarabağ TV-yaratdıq. Hazırda TV-də verlişlər davamlı şəkildə verilir. http://www.karabakh-tv.org/ saytında isə 10-dan çox xarici dildə araşdırmalar, xəbərlər oxuculara təqdim edilir.
Azərbaycanın dövlət başçısı qeyd edib ki, bizə qarşı informasiya aparan qüvvələr var. Onların böhran xarakterli yazıları əsasən erməni lobbisinin təsiri altında hazırlanır. Psixoloji müharibənin tərkib hissəsi olan informasiya müharibəsi Yalan, hədələmə, ideoloji təxribat kimi texnologiyaların köməyi ilə bir ölkə digər ölkənin apardığı siyasəti gözdən salmağa, xalqla ordu arasında nifaqa çalışır, bir sözlə, insanlar arasında dövlətə inamsızlıq yaratmaq üçün dəridən-qabıqdan çıxır. Erməni qəzetlərinin və saytlarının Azərbaycanla bağlı yaydıqları yalan informasiyaların qarşısın almaq üçün Qarabağ TV bütün beynəlxalq təcrübədən istifadə edəcək. Yəni analizli, təhlili və faktlarla erməni yalanlarına qarşı çıxıb Azərbaycanın sərhədlərini keçməyə cəhd edən erməni informasiyasını blokadaya alacağıq.
Sizlərdən xahiş edirəm Qarabağ TV-yə dövlət dəstəyi verəsiz ki, biz düşmənə qarşı daha müdafiə olunmayaq, hücum edək. Virtual dünyada qələbələrimizi qazanaq və inşallah bu qələbəmiz də torpaqlarımızın geri qaytarıldığı günlə əvəzlənəcək.

Zaur Əliyev, siyasi elmlər üzrə fələsəfə doktoru, dosent


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR