“İrəvan və Tiflisdən fərqli olaraq Bakı yalvar-yaxar etməyib”

30-08-2018, 13:05 452 dəfə baxılıb

“İrəvan və Tiflisdən fərqli olaraq Bakı yalvar-yaxar etməyib”


İrina Corbenadze

rosbalt.ru



AFR kansleri Angela Merkel Cənubi Qafqaz dövətlərinə ilk dəfə rəsmi səfər edib və bu onun Rusiya prezidenti Vladimir Putinlə görüşündən dərhal sonra baş verib. Gürcüstan, Ermənistan və Azərbaycanda səfərin bu ölkələrdən hər biri üçün önəmindən, AB tərəfdən onlara dəstəyin yüksək səviyyəsindən, sonuncunun bölgə üçün böyük əhəmiyyətindən danışmağa başlayıblar.

Tiflisdə xüsusən canlanıblar – birincisi, burada Almaniyanın kreditini və demək olar, 200 milyon avro qrant gözləyirlər. İkincisi, məlumdur ki, Almaniya və Fransa Gürcüstanın NATO-ya daxil olması və Avropa Birliyinə qəbul edilməsində əsas əleyhdarlardır (bəs birdən buz tərpənsə?). Üçüncüsü, Berlin artıq xəbərdarlıq edib ki, viza liberallaşmasının dayandırılmasını təkid edə bilər, çünki bunun tətbiqindən sonra Gürcüstan vətəndaşlarının Almaniyada sığınacaq istəyinin kəskin artımı qeydə alınıb: onlar bütün gerçək və yalanlarla evə qayıtmamağa can atırlar.

Merkel Tiflisin qaz anbarı və su təchizatının inşasına pul alacağı haqda məlumatı təsdiqləyib. AB-nin ölkənin ərazi bütövlüyünə tərəfdarlıq prinsipini də: o hətta Cənubi Osetiya ilə inzibati sərhədə gedib və durbinlə orada mənzillənmiş Rusiya hərbi bazasına baxıb. Kansler Tiflisdə mətbuat konfransında deyib: “Mən baş verənləri ədalətsizlik sayıram və Rusiya prezidenti mənim mövqeyimdən xəbərdardır”. O habelə bildirib ki, on il boyunca “Rusiya qoşunlarının Gürcüstan ərazisindən (Abxaziya və Cənubi Osetiya) çıxarılmasını” tələb edib və söz verib ki, “biz bu münaqişənin həllinə bacardığımız qədər töhfə veririk”.



Bundan başqa, Merkel alman və gürcü biznesmenlər arasında təmasların fəallaşmsını irəli sürüb, “iqtisadiyat və demokratiyanın yaxşılaşmasına görə” Gürcüstanı tərifləyib. Amma “acı həbsiz” ötüşülməyib: frau kansler qeyri-formal şəraitdə ona məxsus qırmızılıqla bir neçə mühüm bəyanat verib – Tiflis dövlət universitetinin tələbələrilə görüşdə. Birincisi: “Düzünü desək, Gürcüstanın NATO-ya tezliklə girmək iimkanını görmürəm”, amma “alyansla əməkdaşlığın möhkəmləndirilməsini davam etdirmək lazımdır”. İkincisi, ölkənin AB-yə perspektiv üzvlüyü kontekstində: “Biz sizə tələsik vədlər verə bilmərik… Mən Gürcüstanın Avropa iddialarına şadam və bunu dəstəkləyirəm… Üzvlük haqda söhbət hələlik yoxdur və mən deyə bilmərəm ki, bu proses beş ildən sonra bitəcək”.

Habelə aydınlaşıb ki, Almaniya neft-qaz sahəsi daxil olmaqla Rusiya ilə əməkdaşlıqdan imtina edə bilməz. “Əlbəttə, biz qazı Azərbaycanda dan ala bilərik, amma gerçəklik belədir ki, Rusiyanınkı ucuzdur”. Və ümumiyyətlə, “Rusiya dünyada Avropa ilə əməkdaşlıqda yaxşı təcribəsi olan çox önəmli bir ölkədir. Biz bir-birimizdən çox şey öyrənmişik”. Hələ bu yaxınlarda kim düşünə bilərdi ki, Rusiya qazının Avropaya tədarükü üçün “Şimal axını-2” qaz kəmərinin inşasını qəti rədd edən ölkənin kansleri bu cür “qiyam”ı özünə rəva bilər! Həm də Azərbaycana səfər ərəfəsində.

Merkel Tiflisdən İrəvana yollanaraq inqilabsonrası respublikaya səfər edən ilk yüksəksəviyyəli siyasətçi olub. Respublikanın yeni lideri Nikol Paşinyanın Merkellə salaməleyk tanışlığı var. O, “xalq baş naziri”nin Brüsseldə avropalılara dediyi artıq-əskik qaba sözlər əsasında müəyyən təəssürata gələ bilib. Yada salaq ki, o, Avropanın Ermənistanla danışıq tonundan və AB tərəfdən respublikaya yetərincə maddi dəstəyin olmadığından narazıydı.



Qeyd edək ki, Ermənistan AİB-də Avropa Birliyi ilə çərçivə sazişinə malik olan yeganə dövlətdir. Deməli, bu cür “yaxınlıq”dan gözləntilər yüksəkdir: təkcə maddi deyil, həm də Qarabağ və Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsilə bağlı olan gözləntilər. Lakin “Avropanın Anası” Qarabağa görə Ermənistana heç bir imtiyaz eyhamı vurmadı. Təkcə yada saldı ki, ölkəsi tənzimlənmə üzrə ATƏT Minsk Qrupunun üzvüdür və “münaqişəni yaxşı atmosferdə çözmək yaxşı olardı. Və Almaniya bu planda Ermənistana dəstək verməyə hazırdır”.

O, Tsitsernakaberd xatirə kompleksinə baş çəkib və erməni soyqırımı (mətndə bu cürdür-red.) qurbanlarının xatirəsini anıb.

“1915-ci ildə necə dəhşətli olayların baş verdiyini anlayırıq, – o deyib. – Bu fakt unudulmamalıdır”. Yəni Merkel hər halda ermənilərin ürəyinə məlhəm qoyub, amma, budur, Türkiyəni yenə də incik salıb.

Qonaq sairlər içində Ermənistanı ona görə tərifləyib ki, həm Rusiya, həm d AB ilə uğurlu əməkdaşlıq örnəyi ola bilər. Paşinyan isə məlumat verib ki, Almaniya həcmcə Ermənistanın üçüncü ticari tərəfdaşıdır və iki ölkə arasındakı münasibətlərin “keyfiyyətcə dəyişiləcəyinə” ümidini ifadə edib. Nə etməli, Merkel burada da təsdiqləyib ki, əleyhinə deyil. Amma ermənilərə lap önəmli heç nə vəd etməyib. Sonra isə Bakıya yollanıb. Hazırda bütün Cənubi Qafqaz Almaniyanın orbitinə düşsə də, prinsipcə kanslerin turnesində Azərbaycanı açar ölkə kimi nəzərdən keçirmək lazımdır. Kansler Tiflisdə Rusiya qazının Azərbaycanınkından qiymət üstünlüyü haqda ağzından söz qaçırdığna baxmayaraq, onu bu “dəmir” arqumentinin necə və niyə dəyişə biləcəyi hələ məlum deyil. Axı AB Xəzər dənizinin dibiylə Gürcüstan üzərindən Türkiyəyə kimi, sonra isə Avropaya çıxmaqla Azərbaycana qədər boru kəmərinin inşasına lobbilik edib.

Söhbət qaz tədarükünün şaxələndirilməsi məqsədilə Avropa dövlətlərinə budaqlanan Azərbaycandan Türkiyəyə qədər Cənub Qaz Dəhlizinin imkanlarının genişlənməsindən, yəni Rusiya yanacağından asılılığın azaldılmasından gedir. Burada isə “Şimal axını-2” bütün Avropa üçün, az qala, həyati önəmlə yenidən “tutuşub”.



Demək lazımdır ki, prezident İlham Əliyev Azərbaycanın Merkelin uyğun mədhiyyəsilə möhkəmləndirilən karbohidrogen və tranzit imkanlarını həddindən artıq reklam edərək kanslerlə birgə mətbuat konfransında bildirib ki, Bakı Transxəzər qaz kəmərinin inşasının təşəbbüsçüsü olmayacaq – bu məsələ “qaz sahiblərinə daha maraqlı olmalıdır”. Onun sözlərinə görə, Xəzərin şərqində qazı Azərbaycan üzərindən ixrac etməyi kəsdirsələr, sonuncu “buna maraqla yanaşar və öz sözünü deyər”.

Ümumiyyətlə, Merkelin səfərində ən az Azəbaycanda vurnuxur və sanki Almaniyadan heç nəyi yalvar-yaxar etmirdilər. Amma Bakının ona yüksək marağı yerində olardı. Bu, Avropanın xüsusi səy göstərmədiyi Qarabağ münaqişəsinin tənzimlənməsindən savayı (Merkel Bakıda öz ölkəsinin dinc tənzimləmədə dəstəyə hazır olduğunu bəyan edib) alman şirkətlərinin Azərbaycan iqtisadiyyatının şaxələnməsində və neft sektorunun inkişafında iştirakıdır. Ümumiyyətlə, Azərbaycanda şaxələnmiş alman biznesini artıq ənənəvi saymaq olar – Əliyev məlumat verib ki, “Almaniya şirkətləri təkcə dövlət vəsaitui hesabına bir milyard ABŞ dollarından çox dəyəri olan layihələri özbaşına gerçəkləşdirib” və bu rəqəm çoxalır. Kansler isə əlavə edib ki, respublikada “çox geniş seçim var” və ölkəsi “Azərbaycan üçün arzu edilən istənilən sahədə iştirak edə bilər”.

Və Merkel burada açar ifadəni söyləyib: “Azərbaycan geostrateji ərazini tutur, İran və Rusiya ilə sərhədləri, Türkiyə ilə sıx münasibətləri var”. Əlbəttə. o, Cənubi Qafqaza daha buna görəmi gəlib? Yada salaq ki, prezident Putinlə görüşdən və bəzi analitiklərin şübhələndikləri kimi, ABŞ-a qarşı Rusiya və Almaniya arasında gizli alyans bağlayandan dərhal sonra.

Bu cür alyansın aktuallığı ABŞ Azərbaycanın qonşusu İranla nüvə sazişindən çıxandan sonra yetişib. Avropa Birliyi Vaşinqtonun “özbaşınalığına” etinasızlıq göstərib və onun İİR-ə qarşı sanksiyalar məcburiyyətini hələlik rədd edir – o cümlədən neft-qaz sahəsində inkişaf etmiş nəql infrastrukturunun İran və Fars körfəsinə sarı uzandığı Cənubi Qafqazla anlaşmağın tam vaxtıdır. Ehtimal ki, Almaniya bununla bağlı özü üçün “ehtiyat aerodrom” hazırlamaq istəyir. AB ümumiyyətlə, AFR isə xüsusən indiyədək Cənubi Qafqazda çox da fəallıq etməyib, indi isə edəcəklər. Və bölgədə sabitliyin saxlanması baxımından da. Çünki oranın burulğanlığı və Yaxın Şərqə yaxınlığı Avropanın özünün güvənliyini təhdid edir.

Yəni, güman ki, Avropa Birliyi ABŞ-ın kölgəsindən çıxmağı və Cənubi Qafqazda öz “rollarını” bölüşdürməyə girişməyi qət edib. Bununla yanaşı, Azərbaycanın Türkiyə ilə nə qədər yaxın münasibətlərdə olduğunu da unutmağına dəyməz: bu, Avropa diplomatiyasının karına gələ bilər.

Ümumiyyətlə, Cənubi Qafqaz Merkelin əvvəllər boylanmadığı “Rusiyanın dal həyəti” olmağı atıb. Amma budur, Avropa Birliyi dəyişən geopolitik gerçəkliklər, ABŞ-la münasibətlər və Avropa Birliyindəki daxili ixtilaflar işğında “yeni dostlar” əldə etmək və şərq yönündə Avropa (ya Almaniya?) siyasətini fəallaşdırmaq qərarına gəlib. Təkrar edirik, Xəzər qazını əldə etmək perspektivlərini saymasaq, əvvəllər buna laqeyd idi.

Amma Merkel “hüququ atıb-tutmağı” sevir və bu həm Gürcüstanda, həm də Ermənistanda keçər, amma bircə Azərbaycanda keçməz. Ancaq burası da var ki, Tiflisdə və İrəvanda ABŞ-ın sərt rəqabətiylə üzləşəck. Bir də Rusiyanı Cənubi Qafqazın sərhədlərindən hələ heç kim köçürməyib, belə ki, AB-nin bölgədəki siyasətinə düzəliş zamanı yenə də Rusiyaya sarı boylanmaq lazım gələcək. Bəlkə, Merkel və onun arxasında duran “Qoca Avropa” qərara gəlib ki, hər halda indiki tarixi buğumda ABŞ-a ehtiyatla yanaşmaqdansa bu, daha əlverişldir?



Tərcümə Strateq.az-ındır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR