Sədərəkdə vergidən yayınma, müqaviləsiz obyektləri icarəyə verilmə və vətəndaşları dövlətdən narazı salma halları -VİDEO

20-08-2019, 04:20 462 dəfə baxılıb

Sədərəkdə vergidən yayınma, müqaviləsiz obyektləri icarəyə verilmə və vətəndaşları dövlətdən narazı salma halları -VİDEO


Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsi, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyi hər kəsin borcu olmasını müəyyən edib. Konstitusion norma kimi göstərilməsinə baxmayaraq, bir çox sahibkarlar əksər hallarda vergi qaydalarına əməl etmir, yəni qazanc əldə etsələr də, dövlətə vergi ödəməkdən boyun qaçırır və vergidən yayınmağa çalışırlar.
Bunlardan da biri iri sahibkar olan,uzun illərdi ki milyonlarla gəlir əldə edən məhz Sədərək Ticarət Mərkəzidir.
Şikayətçi kiçik sahibkarliqla məşğul olan çarəsiz qadın Gülçöhrə Abbasova "Operativ Xəbərlər" informasiya səhifəmizə müraciət edərəm bildirmişdir ki, əsaslı və haqqlı müraciətlərinə görə Sədərək Ticarət Mərkəzin rəhbərliyin qərəzli təzyiqlərininə və amansız münasibətinə tuş gəlib.
Beləki qadın sahibkar sözügedən Ticarət Mərkəzində icarəyə obyekt götürərək obyekt(Kafe) sahibin razılığı əsasında öz şəxsi vəsaiti hesabına, vətəndaşlara yüksək standartlara uyğun və keyfiyyətli xidmət göstərmək məqsədilə həmin obyektə nə az, nə çox ,düz 25.000 manat pul xərcləyərək müasir kosmetik işlər, yeni avadanlıqlar və digər ləvazimatlar almışdır. Bütün icarə, su və digər xidmətlərə görə hər ay obyek rəhbərliyinə vaxtı-vaxtında tələb olunan pulları icarəçi qadın tərəfindən ilk gündən hazırkı zamanadək ödənilir. İcarəçi Gülçöhrə Abbasova Sədərək Ticarət Mərkəzin rəhbərliyindən onunla bağlanmış icarə müqaviləsinin ona çatacaq nüsxəsinin verilməsini tələb etsə də , obyekt sahibinin sozçuləri qısa zamanda hazırlanıb veriləcəyini bildirmişlər.
Lakin ilk fəaliyyətinin başlanmasindan 9 ay keçməmiş su boruların nasaz olmasından,su boruların partlamasi nəticəsində həmin obyekti su basır və qadın sahibkarın fəaliyyəti bu səbəbdən dayanır və nəticədə sahibkar Gülçöhrə Abbasovaya külli miqdarda ziyan dəyir. Baş vermiş hadisə və ona dəyən ziyanla bağlı icarəçi xanım obyekt sahibinə dəfələrlə müraciət etsə də, heç bir köməklik olunmur. İcarəçi xanım G.Abbasova o şəxsi vəsaiti hesabina obyektə xərclədiyi pulun tələb etmis və başqa digər təhlükəsiz obyektlə təmin olunmasına da razı olduğunu bildirsə də , "Sədərək" rəhbərliyi xanıma kömək etmək əvəzinə qərəzli şəkildə ona qarşı təzyiqlar göstərməyə başlayıblar və icarə müqaviləsinin ümumiyyətlə olmamasını bildirmişlər. Demək olarmı icarəçi xanım artıq bir neçə müddətdir ki bir manat qazanc əldə edə bilmədiyi halda xidmətçilərə borc edib haqqlarını ödəməli olur. Bununlada Sərərək Ticarət Mərkəzin rəhbərliyi, kiçik sahibkarlıqla məşğul olan xanım G.Abbasovaya mənəvi və kulli miqdarda maddi ziyan vurur, icarə muqaviləsiz obyektləri istifadə edərək dövlətin vergisindən yayınmaqla yanaşı vətəndaşları dövlətdən narazı salmaqla məşğuldur. Vəziyyət o yerə gəlib ki, Sədərək Ticarət rəhbərliyin adamları qorxmadan və cəkinmədən zərərçəkmiş icarəçi xanıma bildirirlərki, - "get ürəyin kimə istəyir şikayət et, onsuzda hər yerdə adamlarımız var, onsuzda bizim sözümüzü deyəcəklər, pul bizdə adam bizdə" .Məhz bu kimi gözlərini pul var-dövlət örtmüş Sədərək Ticarət Mərkəzinin rəhbərliyi dövlətin qanunlarına açıq-aşkar hörmətsizlik edir pozur, vətəndaşları bu cür incidir, müflis vəziyyətə salmaqla Ulu öndərin min bir əziyyətlə qurduğu müstəqil, demokratik və hüquqi dovlətdə sabitliyin pozulmasına xidmət edən əlverişli şərait yaradır. İndi isə xanım sahibkar Gülçöhrə Abbasova artıq Sədərək Ticarət Mərkəzin rəhbərliyinin ona qarşı olan qərəzli və dözülməz bu rəftarindan dövlət qurumlarına və orqanlarına müraciət edir və ona qarşı yol verilən amansız rəftara, əzaba ,süründürməçiliyə son qoyulmasını və ona dəymiş maddi ziyanın alınmasında köməklik edilməsini xahiş edir. Zərərçəkmiş xanim G.Abbasova onuda bildirir ki, əgər şikayətlərinə aidiyyatı qurumlar tərəfindən ədalətli baxılmasa, bir başa toplanmış bütün maddi və digər subutlarla Prezident Administrasiyasının qarşısına gedərək daimi seçicisi olduğu əvəzolunmaz Prezidenti İlham Əliyev cənablarına KİV-lə səslənəcəkdir.
Ümid edirik ki aidiyyatı dövlət orqanları məsələyə operativ reaksiya verərək vergidən yayınma , icarə muqaviləsiz obyekt istifadə etmək kimi hüquqpozmalara qarşı təxirəsalınmaz tədbirlər görərək, Sədərək Ticarət Mərkəzinin rəhbərliyinin qərəzinə tuş gəlmiş, zərərçəkmiş çarəsiz xanım vətəndaşa tezliklə yaxından köməklik göstəriləcəkdir.
Bu məsələ ilə bağlı bizim "Operativ Xəbərlər" Fb səhifəmizə və 050 302-11-89 votsap nömrəsinə muraciət edib əlaqə saxlaya bilərsiniz.
Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Vüqar Qasımov


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR