Təqib olunan jurnalist Beynəlxalq Helsinki Vətəndaş Assambleyasına müraciət etdi

28-06-2017, 11:12 332 dəfə baxılıb

Təqib olunan jurnalist Beynəlxalq Helsinki Vətəndaş Assambleyasına müraciət etdi



Yasamal rayonu Qədirli kü çev-1/5 ünvanda yaşayan Quliyeva Vüsalə Qurbanqulu qızı Kütləıvi İnformasiya Vasitələrinə müraciət ünvanlayıb.

Redaksiyamıza daxil olan yazıda deyilir ki, xanım jurnalist Beynəlxalq Helsinki Vətəndaş Assambleyasının həmsədri Arzu xanım Abdullayevaya təqib edilməsi ilə bağlı məlumat verib.

Biz də bir redaksiya olaraq Quliyeva Vüsalə Qurbanqulu qızının müraciətini olduğu kimi oxucuların diqqətinə təqdim edirik:
“Yazıb bildirirəm ki, “N” saylı hərbi hissənin giziri mərhum Cəlal Sədulla oğlu Mənsimovun müəmmalı şəkildə ölümünün araşdırılması və KİV –də açıqlamalarımla əlaqədar olaraq, Azərbaycan Respublikasının güc strukturları tərəfindən təqib olunuram, dəfələrlə hədələnərək ailə üzvlərimin həyatının təhlükədə olması ilə bağlı xəbərdarlıqlar almışam. Bununla əlaqədar Cəlal Mənsimovun müəmmalı şəkildə ölümünün araşdırılması olmuşdur. Bununla bağlı həyatım təhlükədə olduğundan mənə köməklik etməyinizi Sizdən xahiş edirəm.”


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR