Ural Federal dairəsinin Azərbaycan diasporu prezident İlham Əliyevə müracət yolladı-FOTO

8-10-2020, 20:47 247 dəfə baxılıb

Ural Federal dairəsinin Azərbaycan diasporu prezident İlham Əliyevə müracət yolladı-FOTO


Rusiyadaki soydaşlarımızın  cəbhədə Ermənistan təxribatı nəticəsində başlayan döyüşlərdə Azərbaycan Ordusuna dəstək ifadə etmək üçün  Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə etdikləri müraciətlərin ardı kəsilmir.

Qafqaz.tv bildirir ki, Rusiya Federasiyası Ural Federal dairəsinin Azərbaycan diasporundan  da Ali Baş Komandana müraciət edilib.

Həmin müraciəti olduğu kimi dərc edirik:

“Azərbaycan Respublikasının Prezidenti , Ali Baş komandan, Cənab İlham  Əliyevə

Rusiya Federasiyası Ural Federal dairəsinin Azərbaycan diasporundan

Hörmətli Cənab Prezident!

Rusiya Federasiyası Ural Federal Dairəsinin çoxminlik Azərbaycan diasporu adından və şəxsən öz adımdan Sizə hörmətimizi bildiririk, Sizə və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına tam dəstəyimizi ifadə edirik, hansının ki, aktuallığı bu günlərdə Azərbaycan xalqı öz əcdadlarının - təxminən 30 ildir ki, Ermənistanın silahlı qüvvələrinin işğalı altında olan Azərbaycan ərazilərinin azadlığı üçün ədalətli mübarizə apararkən xüsusi əhəmiyyət kəsb edir.

Sizin ətrafınızda birləşərək daxili və xarici siyasətinizi dəstəkləyən, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün cəsarətlə mübarizə aparan igid Azərbaycan Ordusuna hərtərəfli dəstək verən bütün Azərbaycan xalqının ruh və güc birliyindən qürur və sevinc hiss edirik.

Şəhidlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verərək, Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təcavüzü nəticəsində zərər çəkənlərin və yaralıların tezliklə sağalmasını diləyərək, səmimi qəlbdən inanırıq ki, müdrik rəhbərliyiniz altında Azərbaycanın bütün işğal olunmuş əraziləri azad ediləcək, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək və bu torpaqlardan zorla qovulan azərbaycanlılar öz evlərinə qayıdacaqlar.

Cənab Prezident!

Ölkə həyatının müxtəlif sahələrində Sizin həyata keçirdiyiniz ciddi dəyişikliklər sayəsində bu gün bildiririk ki, Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki dəstəyi lazımi səviyyədədir ki, bu da Ali Baş Komandan kimi qarşınıza qoyduğunuz bütün vəzifələrin uğurla yerinə yetirilməsindən əminliklə danışmağa imkan verir.

Bu faktı bildirərək, öz tərəfimizdən Azərbaycanın atəş altında olan cəbhə kəndləri və şəhərlərinin mülki əhalisinin, eləcə də silahlı qüvvələrin şəxsi heyəti ailələrinin

ehtiyacları üçün dərman, qida, zəruri ehtiyaclar şəklində lazımi humanitar yardım göstərməyə mütləq hazır olduğumuzu bildiririk.

Şəhidlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verərək Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzü nəticəsində zərər şəkənlərin və yaralıların tezliklə sağalmasını diləyərək səmimi qəlbdən inanırıq ki, müdrik rəhbərliyiniz altında Azərbaycanın bütün işğal edilmiş əraziləri azad ediləcək, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək və bu torpaqlardan zorla qovulan azərbaycanlılar öz evinə qayıdacaqlar.



Hörmətlə, “Rusiya Federasiyası Ural Federal dairəsinin  dairəsinin Azərbaycan diasporu adından "Azərbaycan-Ural" Milli-mədəni ictimai təşkilatının sədri  Şahin Şıxlinski “
Ural Federal dairəsinin Azərbaycan diasporu prezident İlham Əliyevə müracət yolladı-FOTOUral Federal dairəsinin Azərbaycan diasporu prezident İlham Əliyevə müracət yolladı-FOTO
    


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR