Rusiyalı deputat Çingiz Əliyev : “Bir olmaq lazımdır, birlik güc deməkdir”

16-10-2020, 16:28 916 dəfə baxılıb

Rusiyalı deputat Çingiz Əliyev : “Bir olmaq lazımdır, birlik güc deməkdir”

Rusiyada yaşayan 2 milyonluq Azərbaycan icması ölkəmizin Qarabağdakı antiterror əməliyyatlarını diqqətlə izləyir. Ünlü iş adamlarından tutmuş sıravi vətəndaşlaradək hamı dövlətimizə öz dəstəyini göstərməyə çalışır.

Elə cəmi 2-3 gün əvvəl TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 50 min manat ianə edib. Diğər tanınmış biznesmenlər və Azərbaycanı sevən iş adamları da yardımların əsirgəmirlər.

Siyasətlə məşğul olan həmvətənlərimizin Azərbaycanın haqq işində öz səslərini ucaltması təqdir ediləndir. Bu hətta maddi dəstəktən qat-qat vacibdir.

Rusiya siyasi arenasında azərbaycanlılar elə də çox deyil. Onlardan biri də Tuva Respublikası, Kızıl Şəhər parlamentinin deputatı Çingiz Əliyevdir.

Qafqaz. Tv ilə cənab deputatın qısa söhbətləşməsini təqdim edirik.



-Azərbaycanın Qarabağdakı əməliyyatları Tuvada necə qarşılandı?

– Azərbaycanın Dağlıq Qarabağda apardığı əməliyyatlar həm Tuvada, həm ümumən Rusiyada birmənalı qarşılandı. Yəni o mənada ki, 27 illik danışıqlar nəticə vermədi. Müharibə gözlənilən idi.

Bunu bütün azərbaycanlılar bilirdi və gözləyirdi.

Tuva azərbaycanlıları bütün dünya azərbaycanlılar kimi cəbhədən xəbərləri həyacanla izləyir.

Bu günlərdə həmrəy olmağımız, bir olmağımız çox vacibdir. Tuva azərbaycanlıları prezident İlham Əliyevi dəstəkləyir. Ona inanır.

Rusiya yaşayan və bu ölkənin vətəndaşlığını daşayan insanlar kimi münaqişə başlayandan Rusiyanın neytral qalması bizi sevindirir.

Rusiya prezidentdi Vladimir Vladimoroviç Putin qeyd etdi ki, hərbi əməliyyatlar Ermənistan ərazisində getmir.Ona görə Rusiya neytral tərəfdir. Rusiyada milyonlarla erməni və azərbaycanlı yaşayır.

Prezidentin sözlərindən anlaşılır ki, həm Azərbaycan, həm Ermənistan Rusiya üçün dost dövlətdir.



-Rusiya mediasında ermənilər çoxdur və əleyhimizə təbliğat aparırlar.Tuvada bu mənada vəziyyət necədir?



Bəli, Rusiya mətbuatında erməni çoxluğu heç kimə sirr deyil. 90-cı illərdən tv-lərə, qəzetlərə, portallara doluşublar. İndi də çığır-bağır salırlar ki, Rusiya onlara gəlib kömək etməlidir.

Şəxsən mən Rusiya vətəndaşı olaraq, bir deputat olaraq istəmərəm ki, rusiyalı gənclər özlərinə aid olmayan bir münaqişədə, müharibədə gedib həlak olsunlar.

Ermənilər də rus vətəndaşıdılarsa bu ölkənin çıxarın düşünməlidilər. Rusiyadan Ermənistana yardım istəməli deyillər.Yəni bu ümumən Rusiyaya aiddir. Tuvaya gəlincə burda mətbuatda nə erməni, nə azərbaycan jurnalisti yoxdur.

-Sizcə təbliğatı gücləndirmək üçün nə etməliyik.

-Azərbaycanın ən əsas diaspora işinə baxanlar ümummilli ideya ətrafında birləşməlidirlər. Bir olmaq lazımdır. Birlik güc deməkdir.

Ermənilərə baxanda təbliğatımız zəifdir. Yerli mediada jurnalistlərimiz çox azdır. Televiziya kanalımız yoxdur.

Bu konsepsiyaları işləyib hazırlamaq, həyata keçirmək lazımdır.

Görəcəyimiz işlər çoxdur.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR