Təcrübəli diplomat Qüdsi Osmanov: “Yumruq kimi olmalıyıq” ÖZƏL

6-10-2020, 00:32 365 dəfə baxılıb

Qarabağda hərbi əməliyyatlar başlayandan Rusiya KİV-lərində Azərbaycan əlieyhinə verilişlər , məqalələr bir-birini əvəzləyir.

Bunun qarşısını əvvəlcədən ala bilərdikmi? Axı problemlə bağlı təcrübəli siyasət adamlarımız dəfələrlə məsələ qaldırmışdılar.

Hələ bir neçə il əvvəl Azərbaycanın Rusiyadakı səfir müavini Qüdsi Osmanov yazırdı:

“Tok-şou proqramlarında, öncədə hazırlanan verilişdə erməni mənşəli ekspertlər, politoqlar informasiya müharibəsində Azərbaycan əleyhinə fikirlər söyləyir.

Bu verilişlər öncədən hazırlanır, Azərbaycan tərəfindən ekspertlərin çağırılmamsını müşahidə edirik.

Səfirlik tərəfindən onlara müraciət olunub. Ən pis hal odur ki, Rusiyada yaşayan 2 milyona yaxın Azərbaycan icmasının yaşayış tərzi Rusiyada təhlükə altında qoyulur. 2 milyonluq Azərbaycan icmasını Rusiya icmasından aralamaq üçün əllərindən gələni edirlər. Bu heç də yaxşı hal deyil. 2 milyonluq Azərbaycan icmasının adından ÜAK-ın Rusiya hakimiyyətinə, icmasına müraciəti vacibdir. Rusiyada yaşayan azərbaycanlılar bu prosesdən kənarda qalmamalıdır. Azərbaycan icması öz zəifliyini qəbul etməlidir. Bu, bu gün belədir. Azərbaycan diasporunun azərbaycanlıların potensialı daha böyükdür. Amma sizə təşkilatlanmaq lazımdır. Nə qədər ki azərbaycan icması, diasporu Rusiya federasiyasında təşkilatlanmayacaq, nə qədər ki ÜAK-ın ətrafında birləşməyəcək, nə qədər ki tək yumruq altında olmayacaq bu problemlər həmişə yaşayacaq. Diaspora təşkilatı Rusiyada yaşayan azərbaycanlılarındır və siz onu möhkəmləndirməlisiz. Biz hamımız sizinlə birlikdə gördük ki, informasiya müharibəsində uduzuruq. Bundan nəticə çıxarmalıyıq”

unnamed

Qüdsi Osmanov sanki bu günləri görürmüş kimi əlavə edirdi:

“Siz fikir verin Rusiya mətbuatında azərbaycanlılar haqqında guya ki Azərbaycan Türkiyənin bir hissəsi kimi göstərilməsi, guya onun dediyi ilə oturub-durması kimi rus icmasında pis fikir formalaşdırılır və gələcək sizin yaşayış tərziniz təhlükə altında qalır.”

Bu sözlər reallığı necə də əks etdirir. 2016-cı ildən 4 il keçib və Qüdsi Osmanovun dedikləri indi özünü qabarıq sürətdə biruzə verir.

Qeyd edək , o İstər Sant-Peterburqda , istərsə də indi Moldovada öz vəzifəsini uğurla icra edən, hadisələri real dəyərləndirə biləcək profesional diplomatlarımızdandır.

Məhz onun uğurlarıdır ki, hazırda Moldova ictimai fikri Azərbaycanın tərəfindədir. Bu böyük uğurdur.

Cari ilin 1 oktyabr tarixində Moldovada yaşayan 50-ə yaxın soydaşımız Moldova Azərbaycanlıları Konqresinin (MAK) təşkilatçılığı ilə Səfirliyinə toplaşaraq, səfir Qüdsi Osmanov ilə görüş keçirdi.

İdeologiya.az xəbər verir ki, həmvətənlərimizin Səfirliyə toplaşmaqda əsas məqsədi 27 sentyabrda cəbhədə Ermənistan təxribatı nəticəsində başlayan döyüşlərdə Azərbaycan Ordusuna dəstək ifadə etmək, habelə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bütün əmr və tapşırıqlarını yerinə yetirməyə və ölkəmizin ərazi bütövlüyünü uğrunda gedən döyüşlərdə iştirak etməyə hazır olduqlarını bildirmək idi.

Daha sonra görüşdə çıxış edən MAK-ın sədri Elçin Bayramov qeyd edib ki, cəbhədə gedən döyüşlərlə bağlı narahatlığını və dəstəyini bildirmək üçün 500 nəfərdən çox azərbaycanlı müraciət edib, lakin pandemiya səbəbindən Moldova qanunvericiliyə uyğun olaraq 50 nəfərin iştirakı razılaşdırılmışdır. Bundan əlavə, E.Bayramov Moldovada yaşayan azərbaycanlıların ordumuza dəstək göstərmək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna maliyyə vəsaiti ilə yardım etməsinin qərara alındığını görüş iştirakçılarının nəzərinə çatdırıb.

Bundan əlavə görüşdə keçmiş sədr Mehman İsmayılov, diaspor fəallarından Maarif Rəhimov, Vaqif Bayramov, gənclərdən Mahizər Məmmədova və Zamir Qurbanov çıxış edərək prezidentimiz İlham Əliyevin Azərbaycanın və millətimizin maraqlarını qoruyan, mənafeyinə xidmət edən eləcə də, ərazi bütövlüyü uğrunda apardığı hərtərəfli və düşünülmüş siyasətini dəstəklədiklərini qeyd ediblər.

Görüşdə yekun olaraq çıxış edən səfir Q.Osmanov vətənpərvər soydaşlarımıza vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə diqqət və dəstək göstərdikləri üçün təşəkkürünü bildirib, Azərbaycanın kifayət qədər güclü və döyüşkən ordusunun olduğunu və bunun üçün əlavə dəstəyə ehtiyacın olmadığını vurğulayıb. Eyni zamanda, səfir Q.Osmanov Moldovadakı Səfirliyin azərbaycanlıların ata yurdu olduğunu və hər zaman onların müraciət və təklifləri üçün açıq olduğunu diqqətə çatdırıb, həmvətənlərimizin mübarizəsini öz savad, bilik və bacarıqları ilə məhz Moldovada davam etdirməli olduğunu qeyd edib, bu ölkədə ermənilərin istər siyasi, istərsə də, digər sahələrdə yüksək təsir imkanlarının olduğunu nəzərə alaraq, azərbaycanlıları MAK ətrafında sıx birləşməklə daha güclü olmağa çağırıb.

Sonda Səfirliyə toplaşan həmyerlilərimiz görüşə görə səfirə təşəkkürlərini bildirib, bütün tövsiyyələri nəzərə alaraq azərbaycanlıların bu ölkədə təşkilatlanması istiqamətdə səylərini gücləndirəcəklərini qeyd ediblər.

Qüdsi Osmanovun hər zaman təkrarladığı fikir var:

“Bu gün Azərbaycan güclüdür, güclü ordumuz, güclü iqtisadiyyatımız var, güclü prezidentimiz var.Azərbaycanda yaşayan xalqlar prezidentin ətrafında birləşib. Azərbaycan ordusu erməni ordusuna bu gün cavab verdi. Amma 90-cı illərdə Azərbaycanda baş verən siyasi xaos bir neçə ildə Azərbaycan rəhbərliyinin dəyişməsi, daha sonra xalqımızın Heydər Əliyevi hakimiyyətə çağırması imkan verdi ki Azərbaycan güclü bir dövlətə çevrilsin. Azərbaycan xalqı, gənclərimiz hansı ruh yüksəkliyi ilə yaşayırlar. Hər kəs öz zəbt olunmuş torpağını qaytarmaq üçün əlindən gələni əsirgəmir. Rusiyada yaşayan azərbaycanlılar ayrı- ayrı regionlarda öz fikirlərini bildirir ki bu gün müharibəyə getməyə hazırdır. Bu gün amalımız bir yumruq altında birləşmək, təşkilatlanmaqdır. “

P.S.Müstəqil Azərbaycanımızın uğurlu diplomatı,Dövlət Başçısına,Dövlətçiliyə hər zaman sarsılmaz sədaqəti ilə seçilən,Vətənimizə şərəflə xidmət edən təcrübəli diplomat hörmətli Qüdsi Osmanovun şərəfli həyat yolundan,uğurlu peşə fəaliyyətindən bəhs edəcək,saytımızın layihəsi olan gələcək kitabımızdan fəsilləri tezliklə dərc edəcəyik.

Ərtoğrul Fateh

İdeologiya.az

Ardı var

Yazı dərc edilərkən istinad zəruridir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR